ABŞ istehsalı olan B-21 bombardmançı təyyarəsinin qiyməti artacaq

2024/06/2024--1719382579.jpg
Oxunub: 284     17:20     28 İyun 2024    
ABŞ Hərbi Hava Qüvvələrinin (HHQ) yeni bombardmançı təyyarəsinin qiymətinin artacağı bəlli olub.

Ordu.az xəbər verir ki, şirkətdən verilən açıqlamada B-21 “Raider”lərin ilk partiyalarında ziyana düşən “Northrop Grumman”ın növbəti 19 təyyarə üçün daha yüksək xərc tavanı üçün danışıqlar apardığı bildirilib.

Açıqlamada qeyd olunub ki, ilk 21 təyyarədən kənar yekun şərtlər, miqdar və qiymətləndirmə danışıqlara tabedir.

“Hökumət və “Northrop Grumman” əlavə 19 təyyarə üçün qiymətləri aşmamaq barədə razılığa gəldilər. Sonrakı partiyalar üçün orta qiymətdən çox olmayacaq dəyər 5 LRIP partiyasının orta vahid qiymətindən yuxarıdır”, - deyə açıqlamada vurğulanıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   HHQ  


Bizi "telegram"da izləyin