ABŞ Ordusunda ilkin hərbi təlim zamanı yeni qəbul edilənlərdən artıq əksər insan üçün həyatın standart hissəsinə çevrilən cihazı evdə qoymaları tələb olunmur. Ordunun işə qəbul olunanlar üçün cib telefonu siyasəti olduqca sərtdir. Amerikada belə bir zarafat var ki, hərbi təlimə gedən zaman telefonunuzda olan əxlaqsız videoları silin, yoxsa onlar telefonunuzu əlinizdən alıb sizi ifşa edə bilərlər.
Təlimə gələn hərbçilərdən telefonla bağlı müqavilə imzalanması tələb olunur. Təlimlərdə yaxşı performans göstərən hərbçilərə bazar günləri evə zəng etmək mükafatı verilir. Cib telefonları təlim çavuşu tərəfindən saxlanılır və yaxşı performans göstərən taqımlara hər bazar günü bir müddətlik qaytarılır. Cib telefonu olmayan hərbçilərə köhnə pullu telefonlardan istifadə etməyə icazə verilir. Zəngin müddəti də məhdudlaşdırılıb, belə ki, evinə zəng etmək istəyən şəxs 15-30 dəqiqə telefonla danışa bilər.
Təlimlərdə hərbçilərin bu qədər uğur qazanmasının səbəblərindən biri də onların texnologiyadan istifadə etməyə həvəsli olmasıdır. Yetkin insanların əksəriyyəti cib telefonu daşıyır və ibtidai hərbi xidmətə çağırılanlar da istisna deyil. Ona görə, təlimlərdə uğur qazananlara telefon istifadəsinə icazə verilməsi yaxşı nəticələr göstərib.
Sevinc Əliyeva
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
ABŞ-ordusu
Təlim