Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, iclas zamanı "Yerkrapah" təşkilatının administrasiya rəhbəri özünü pis hiss edib.
O, növbəti məruzəçini təqdim etdikdən sonra səhnənin arxasına keçməyə tələsib və huşunu itirib.
Təcili tibbi yardımla Gümrü tibb mərkəzinə təxliyyə edilərkən, o, artıq ölü vəziyyətdə olub.
Ölən şəxs təşkilatın administrasiya rəhbəri, 1958-ci il təvəllüdlü Hambartsum Asatryandır. Onun Qarabağda aparılan işğal əməliyyatlarında yaxından iştirak etdiyi bildirilir.
Alpər Mövludoğlu
Ordu.az