2020-ci ildə ABŞ-ın Ermənistana xarici yardımı cəmi 6.75 milyon dollar təşkil edəcək

2019/07/image-1564489133.jpg
Oxunub: 20683     17:40     30 İyul 2019    
""Foreign Assistance" yolu ilə ən çox ayrılan yardım 2011-ci ildə 45.2 milyon dollar məbləğində olub".

Ordu.az xəbər verir ki, bu barədə Amerika araşdırmaları erməni mərkəzinin direktoru Suren Sarkisyan öz "Facebook" səhifəsində yaydığı məlumatda bildirib.

"Müqayisə üçün qeyd edək ki, 2019-cu ildə bu vəsait 6.4 milyon, 2018-ci ildə 6.80 milyon, 2017-ci ildə 26.41 milyon, 2016-cı ildə isə 23.10 milyon dollar təşkil edib.

2020-ci ildə nəzərdə tutulan vəsaitdən 100.000 dollar təhsil sahəsinə, 800.000 dollar iqtisadi inkişaf sahəsinə, 3 milyon 100.000 demokratiya və insan haqları sahəsinə, 1 milyon 500.000 dollar təhlükəsizlik sahəsinə (bu maddə üzrə münaqişələrin həlli də nəzərdə tutulur)ayrılıb. Qalan vəsait isə digər sahələrə ayrılıb.

"Foreign Assistance" yolu ilə ən çox ayrılan yardım 2011-ci ildə 45.2 milyon dollar məbləğində olub. Bu ABŞ-ın 2020-ci ildə xarici yardım büdcəsi üzrə nəzərdə tutulan yardımdır. Digər yardım paketləri istisna edilməsə də, hələlik bu sahədə irəliləyiş yoxdur", - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   ABŞ-yardımı  


Bizi "telegram"da izləyin