“Azərkosmos” 19 ölkəyə 18,6 milyonluq xidmət ixrac edib

2019/07/15644-1564476212.jpg
Oxunub: 4544     13:13     30 İyul 2019    
Bu ilin yanvar-iyun aylarında “Azərkosmos” ASC 19 ölkəyə 18,6 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edib.

Ordu.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın iyul sayına istinadən xəbər verir ki, “Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 87,5 faizini təşkil edib. İyunda isə ASC tərəfindən 18 ölkəyə 2,5 milyon dollarlıq xidmət ixrac olunub.

“Azərkosmos” ASC-nin yarım ildə xidmət ixracı həyata keçirdiyi əsas ölkələr ABŞ, Fransa və Malayziyadır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərkosmos  


Bizi "telegram"da izləyin