Cəbhə bölgəsində yerləşən hərbi hissədə tədbir keçirilib - VİDEO
Oxunub: 8530
12:17
30 İyul 2019
Müdafiə Nazirliyinin illik fəaliyyət planına uyğun olaraq Azərbaycan Ordusunun ön xətt bölmələrində şəxsi heyətin asudə vaxtının səmərəli təşkili ilə bağlı silsilə tədbirlər həyata keçirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, tədbirdə Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı heyətinin və respublikamızın tanınmış müğənnilərinin iştirakı ilə şəxsi heyətə maraqlı konsert proqramı təqdim edilib.