“Zabitlərimizin Rusiyada təhsil alması milli təhlükəsizliyimizə təhdiddir” - Sefilyan

2019/07/16bf7-1564473209.jpg
Oxunub: 22999     12:51     30 İyul 2019    
“Ermənistanın strateji dərinliyi yoxdur. Ermənistan Sərhəd Xidmətinin yalnız sərhədin mühafizəsi funksiyasını icra etməsi və yalnız formal olaraq müdafiə üçün nəzərdə tutulması lazım deyil”.

Ordu.az xəbər verir ki, bu sözləri “Sasna Tsrer” ümumerməni partiyasının idarə heyətinin üzvü Jirayr Sefilyan “Facebook” səhifəsində Ermənistan ordusunda baş verənlərə toxunarkən deyib.

Onun sözlərinə görə, hazırda Ermənistan ordusunda daxili aşınma davam edir, real və köklü addımlar atılmasına zərurət var. 2019-cu il yanvarın 1-dən indiyədək artıq orduda 32 ölüm faktı qeydə alınıb.

“Rəsmi rəqəmlərə əsasən, rəqib atəşindən 3 nəfərin öldüyü halda, 3 nəfər də öz əsgər yoldaşları tərəfindən öldürülüb. 5 nəfər ölüm həddinə çatdırılıb. Digər baş verən itkilər ya qəzalar, ya da xəstəliklərdən baş verib. Orduda aşınma prosesi davam edir. Korrupsiyaya bənzər hissənin geri çəkilməsi, ərzaq və məişətin müəyyən dərəcədə yaxşılaşdırlması dərin köklərə malik bu sistematik prosesi dayandırmağa yetərli deyil. Belə bir vəziyyətdə gənclərin ildən-ilə zabit peşəsini seçməklərinin azalmasına da təəccüblənmək lazım deyil. Son illərdə yüzlərlə gənclərin “Şərəf duyuram” layihəsi çərçivəsində xidmət etmək üçün müraciət etdiyinə dair özünü aldatmaqla məşğul olmaq yersizdir. Dağıdıcı böyük kütlə üçün bu layihə təhsil vəsaitini ödəmə və bunun qarşılığında zabit statusunda məcburi xidmət problemini həll etmək üçün əldə edilən imkandan başqa bir şey deyil. Çox az adam bundan sonra zabit kimi xidmətini davam etdirməyə qərar verəcək.

Bu sistem Sovet imperiyasından süni şəkildə kopyalanmış strukturun və mədəniyyətin üzərində qurulub. Ordu sistemi milli missiyaya uyğun olmayan, erməni çağırışlarına cavab verməyən, ermənilərin milli xüsusiyyətlərinə və mədəniyyətinə ögey, insan hüquqlarına və dəyələrinin əksinə olan sistemdir. İllər ərzində özbaşına azadlıq mübarizəsi dövründə formalaşan milli və insani dəyərlər də qaşınıb. Milli dəyərlərdən uzaq həyata keçirilən bütün tədbirlər qismən və qısamüddətli fayda verib. Ordunun imperialist və qalıq daxili məntiqi və ya xarakteri dəyişmir, dəyişə də bilməz. Hər il çağırış vasitəsilə orduya aparılan 18-20 yaşlı gənclər arasında ölüm halları baş verir”, - deyə erməni partiya üzvü bildirib.

Sefilyan, “Xalq-Ordu” sisteminin təşkili, sərhədin qorunmasına köklü şəkildə yenidən baxılması, Silahlı Qüvvələr tərkibində silah və texnika, texnoloji cəhətdən zəruri avadanlıqla təchiz edilmiş sərhəd qoşunların yaradılmasını təklif edir: “Bu bölmələrin gənc çağırışçılar əvəzinə daha yaxşı hazırlanan müqaviləli hərbi qulluqçularla komplektləşdirilməsi lazımdır. Eyni qaydada imperiya qalıqları olan Milli Təhlükəsizlik Xidmətinin indiki sərhəd qoşunları və polis qoşunları da yeni sərhəd qoşunlarının tərkibinə daxil olmalıdır. Ermənistanın strateji dərinliyi yoxdur. Ermənistan Sərhəd Xidmətinin yalnız sərhədin mühafizəsi funksiyasını icra etməsi və yalnız formal olaraq müdafiə üçün nəzərdə tutulması lazım deyil. Əksinə Silahlı Qüvvələrin tərkib hissəsi olaraq, sərhəddin və ərazilərin müdafiəsinin ümumi və vahid sisteminin bir hissəsini təşkil etməlidir. Kadr və sıfır mədəniyyəti problemləri çox vacibdir. Zəruri göstəricilərin hesablanması ilə elmi olaraq hazırlanmış attestasiya sistemi vasitəsilə zabit və gizirlərin ciddi seçiminin təşkil edilməsi yaxşı olardı. Eyni zamanda həmin yüksək göstəricilər əsasında ali təhsilli gəncləri zabit hazırlığı kurslarına cəlb etməklə hərbi xidmətə yönləndirmək lazımdır. Eyni zamanda dəyərlər baxımından döyüş və ümumqoşun nizamnamələri, məişət şəraiti və gündəlik həyat, qarşılqılı münasibətlər sovet sistemindən xilas edilməli və milliləşdirilməlidir”.

O vurğulayıb ki, erməni zabitlərin xaricdə, xüsusilə də Rusiyada təhsil alması milli təhlükəsizliyə təhdid və imperiya viruslarının daşıyıcısı olaraq təhlükəlidir.

“Eyni zamanda milli kadrların olması perespektivi məhdudlaşır. Hərbi təhsili ümumi təhsil sistemi ilə birləşdirmək zəruridir. Müdafiə sistemi sahəsindəki sovet strukturunun da əsaslı şəkildə yenidən baxılmasını vacib hesab edirəm. Xüsusilə də idarəetmə sistemin yuxarı dairəsi səmərəsizdir. Əlahiddə taborlardan təşkil edilən briqada sistemi və NATO-ya üzv ölkələrdə fəaliyyətdə olan prinsiplər və göstəricilər, lakin milli xüsusiyyətlər nəzərə alınmaqla müdafiə idaretmə sistemi zəncirinin və Silahlı Qüvvələrdə komandir zəncirinin qurulması, Müdafiə Nazirliyinin və Baş Qərargahın struktur funksiyasının müasirləşdirilməsi çoxdan həyata keçirilməsi zəruri olan vacib bir şərtdir.

Hərbi-hüquq sisteminin hərbi polis və hərbi prokurorluq deyə imperiya qalıqlarından da xilas olmaq lazımdır. Bu məsələdə komandirlərə etibarın artırılması və məhkəmə hüquq sahəsində isə ümumi hüquq mühafizə sistemi orqanlarına ötürülməsini doğru hesab edirəm. Ümumiyyətlə hərbiləşdirilmənin tərkisilah edilməsinin milli optimallaşdırılmasını tapmaq lazımdır. Bir neçə düzəlişlərlə ilk növbədə görüləcək işləri xatırlatmaq istəyirəm. Bu tədbirlər müdafiə sisteminin əsaslı şəkildə yenidən qurulmasının tərkib hissəsini təşkil edir. Dəfələrlə müxtəlif şəkildə bu barədə məlumat verilib. Lakin təəssüf ki, bugünədək heç bir reaksiya verilməyib”, - deyə Sefilyan sözlərini yekunlaşdırıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin