Ermənistan MN-in əməkdaşı istintaq komissiyasının üzvlərinə nə deyib? - Yeni detallar

2019/07/56756-1564471973.jpg
Oxunub: 8401     11:51     30 İyul 2019    
Aprel döyüşlərinin detallarını araşdıran Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyası ötən gün iclas keçirib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.

Nəşrə görə, Ermənistan Müdafiə Nazirliyinin əməkdaşı aprel döyüşləri zamanı baş verən reallıqları detallı şəkildə təqdim edib.

“Əldə edilən məlumatlara əsasən, komissiya 2016-cı ilin aprel döyüşləri ilə bağlı malik olduğu məlumatları təqdim edən ilk qonağını qəbul edib. Komissiyanın qonağı olan ilk şəxs Müdafiə Nazirliyinin əməkdaşı olub. Komissiyanın bütün üzvləri Müdafiə Nazirliyinin əməkdaşına suallar ünvanlayıblar. Komissiya üzvləri 1-2 aprel tarixlərində yaranmış vəziyyətin ayrıntıları ilə bağlı ətraflı təsəvvürə malik olmağa çalışıblar. Komissiya üzvləri hazırda Müdafiə Nazirliyindən təqdim olunan sənədlərin öyrənilməsi ilə məşğuldur. Qeyd edək ki, parlamentin istintaq komissiyası Müdafiə Nazirliyinə aprel döyüşlərinə hər hansı aidiyyəti olan şəxslərin sıra ilə mütləq parlament komissiyasına təqdim edilməsinə dair geniş siyahı göndərib”, - deyə erməni nəşri bildirir.

Nəşr istintaq komisiyyasının informasiya sızıntısının qarşısını almaq üçün xüsusi otaq ayrıldığını da qeyd edir: “Xatırladaq ki, parlamentdə komissiyanın iclaslarının keçirilməsi üçün ayrıca otaq nəzərdə tutulub. Bu otaqda heç bir səsyazma vasitəsi yoxdur. Bütün bunlar komissiyanın iclaslarından hər hansı informasiya sızıntısının baş verməməsi üçün həyata keçirilir. Məlumatlara görə, döyüşlərin detallarının araşdırılması üçün başlanılan istintaqın sürətləndirilməsi üçün komissiya gələn həftə iki iclas keçirə bilər”.

Ötən gün “Joğovurd” nəşri komissiya sədrinin müavini olan Ermənistan parlamentinin “Çiçəklənən Ermənistan” partiyası fraksiyasının deputatı Vardan Vardanyanla söhbət aparıb.

Onun sözlərinə görə, iclas barədə hər hansı bir məlumat sızıntısından söhbət gedə bilməz.

“Bəli, iclas keçirmişik. Lakin qapalı və gizli rejimdə keçirilən iclas barədə heç bir əlavə məlumat verə bilməyəcəm. Komissiya fəal iş mərhələsindədir və bu müddət ərzində fəaliyyətlərinin nəticə verməsi üçün hər şeyi edirik. Digər məqamları açıqlamaq istəmirəm”, - deyə Vardanyan əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Aprel-döyüşləri  


Bizi "telegram"da izləyin