Dünən, saat 05:30 radələrində İrəvan sakini 33 yaşlı A.Arman idarə etdiyi "Mercedes" markalı avtomobilin idarəetməsini itirməklə, Vardenis-Zod yolundakı beton maneəyə çırpılaraq aşıb.
Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, A.Arman müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qeğarkunik vilayətinin qarnizon hospitalına yerləşdirilib.
Qəza törədən sürücü A.Armanın Ermənistan Müdafiə Nazirliyinin "N" nömrəli hərbi hissəsində qulluq etdiyi bildirilir.
Alpər Mövludoğlu
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Ermənistan-ordusu
Qəza
Yaralı