Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri Vanadzor şəhərinin meri Mamikon Aslanyan deyib.
Onun sözlərinə görə, atası onu geri çağırmasaydı, bəlkə də bu bədbəxt hadisə baş verməzdi.
“Bədbəxt hadisə baş verməzdən bir gün əvvəl oğlan Vanadzorda idi. O valideynləri və iki bacısı ilə yaşayırdı. Ağıllı oğlan idi. Arman qardaşı oğlu ilə Rusiyaya işləməyə gedibmiş. Oğlanın işi orada pis deyildi, lakin atası istəyib ki, Arman vətənə qayıtsın və gözü qabağında olsun. Arman il yarım öncə Ermənistana qayıdıb və müqaviləli xidmətə keçib”, - deyə Aslanyan qeyd edib.
Xatırladaq ki, dünən, saat 18:40 radələrində, Ermənistan Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin döyüş mövqeyində təxribata cəhd edən müqaviləli erməni hərbi qulluqçu Arman Arayiki Bulğadaryan məhv edilib.
Alpər Mövludoğlu
Ordu.az