“Yezidi hərbi qulluqçunun tərxis ediləcəyi gözlənilir” - Vəkil

2019/07/345-1564392818.jpg
Oxunub: 24647     17:14     29 İyul 2019    
“Yezidi hərbi qulluqçu Yurik Broyan müayinə mərhələsindədir”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri yezidi hərbi qulluqçu Yurik Broyanın vəkili Hayarpi Sarkisyan deyib.

Onun sözlərinə görə, hərbi qulluqçunun səhhətində hər hansı müsbət dəyişiklik yoxdur.

“Millət vəkilləri Naira Zohrabyan, Şake İsayan, Sofiya Hovsepyan və hüquq müdafiəçisi hərbçini ziyarət ediblər. Maraqlananlar çoxdur, mənə zənglər gəlir, lakin hazırda digər ziyarətlər barədə məlumatım yoxdur ”, - deyə vəkil bildirib.

Jurnalistin, “Broyanın məsələsi ilə bağlı qərar qəbul edilibmi?” sualına vəkil belə cavab verib: “Müayinənin nəticələri yekun rəyi təsdiqləməlidir, bundan əlavə, artıq onun tərxis ediləcəyi gözlənilir”.

Xatırladaq ki, yezidi hərbi qulluqçu Yurik Broyan keçən ilin avqust ayında zəif əqli gerilik diaqnozu ilə orduya çağırılıb. Hərbi xidmətə başladıqdan 10 gün sonra tabor komandiri onu döyüb. 3 gün onu əşya otağında qapalı vəziyyətdə saxlayıblar. O, özünə qəsd etməyə cəhd edib. Daha sonra onu “Kanaz” hospitalına təxliyyə ediblər. Nəticədə yezidi hərbi qulluqçu danışma bacarığını itirib, əsməyə tutulub. İyulun 15-də Ermənistan Müdafiə Nazirliyinin hərbi polisi bəyanat yayaraq, yezidi hərbi qulluqçu Yurik Broyanın xəstəxanadan xaric edildiyi və naməlum istiqamətə getdiyi barədə məlumat yayıb. Hərbi polis hərbi qulluqçunun anası ilə əlaqə saxlayıb. Anası deyib ki, oğlu hərbi hissəyə qayıtmağa hazırlaşmır. Daha sonra yenidən hərbi polisə aparılan Yuri Broyan iyulun 18-də hərbi polisdən “Kanaz” hospitalına təxliyyə edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Yezidilər   İşgəncə  


Bizi "telegram"da izləyin