Ermənistanda homoseksual və generallar da qüvvələrini birləşdirir

2019/07/79bcf-1564389860.jpg
Oxunub: 23066     10:12     30 İyul 2019    
“Ermənistandakı siyasi proseslər çoxdan öz sərhədlərini aşıb və bir ildən çoxdur ki, siyasi sahədə yalan və təhdid hökm sürür”.

Ordu.az xəbər verir ki, bu barədə Levon Ter-Petrosyanın komanda yoldaşı, hazırda Samvel Babayanı dəstəkləyən general Qaqik Melkonyanın təhdid dolu açıqlamalarına erməni KİV-lərində münasibət bildirilib.

Onun sözlərinə görə, erməni xalqı Qarabağda qan tökülməsini istəmirsə, hazırkı qondarma qurumun “rəhbər”i istefa verməlidir.

“Qaqik Melkonyanın açıqlamaları ciddi qəbul edilməlidir. Çünki onun dəstəklədiyi komandanın 2008-ci ildə qan tökülməsini necə dəstəklədiyini xatırlamaq yetərlidir. Melkonyan kimi, generallar siyasi prosesləri qanlı hadisələrə çevirməyə vərdiş ediblər.

İndi əslində, Qarabağ hakimiyyətini qan tökməklə şantaj edə bildiklərini başa düşüblər, buna görə də hərəkətə keçiblər. Lakin Melkonyan Qarabağda qan tökülməsindən danışaraq, yalnız Qarabağ əhalisini təhdid etmir, bütün Ermənistanı və erməni xalqını təhdid edir. Unutmamalıyıq ki, Qarabağdakı qeyri-sabitlik bütün Ermənistan üçün fəlakətli olacaq. Əslində Melkonyan Ermənistan hakimiyyətini də hədələyir”, - deyə erməni KİV-ləri yazıb.

KİV-lər qeyd edir ki, Melkonyan qan tökdükdən sonra “sudan quru çıxmağı” bacarır.

“Əlbəttə ki, Melkonyan, Qarabağda mümkün qan tökülərsə, 2008-ci ildə olduğu kimi “sudan quru çıxmağa” çalışacaq, konstitusiya quruluşunu devirmək cəhdi uğursuzluğa düçar olanda “səhhətində problem yarandı” və təhlükə sovuşanadək məzuniyyətə getdi deyə açıqlama veriləcək. İndi Melkonyan və dostları cəmiyyəti qan tökülməsinə doğru apara, ölkəni xaosa çevirə bilər və bütün bunları yenə də xəstəxana otaqlarından TV ekranlarında bir televiziya izləyicisi olaraq izləyə bilər.

Melkonyanın təhdidi bu həftə erməni xalqına ünvanlanan yeganə hal deyil. Bu dəfə erməni xalqına homoseksual, yaxud da millət vəkili Qevorq Petrosyanın xoşladığı kimi ifadə etsək “qomik” Erik də təhdid dolu müraciət edib.

Homoseksual İstanbul Konvensiyasından danışaraq deyib: “Bir aydan sonra bütün ermənilər geylər qarşısında diz çökəcək”, - deyə erməni KİV-ləri ölkənin istənilən sahədə böhran içində olduğuna diqqət çəkib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Siyasi-böhran  


Bizi "telegram"da izləyin