Erməni hərbi qulluqçunun meyitini öz dəbilqəsi üzərində oturan vəziyyətdə aşkar ediblər - DETALLAR

2019/07/IMG_2-4693156200.jpg
Oxunub: 1518     20:28     29 İyul 2019    
Ermənistanın Vayk şəhərində dislokasiya olunan hərbi hissənin müddətli xidmət hərbi qulluqçusu əsgər Hamik Vardanyan iyulun 20-də saat 18:15 radələrində alın nahiyəsində odlu silah yarası ilə qətlə yetirilmiş halda aşkar edilib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, öldürülən erməni hərbi qulluqçu öz dəbilqəsi üzərində oturan, divara söykənən halda aşkar edilib.

Valideynləri bildirir ki, əsgər Hamik Vardanyanı qətlə yetirib, daha sonra onu gülünc vəziyyət qoyaraq dəbilqə üzərində oturdub, intihar tamaşası yaradıblar. Öldürülən hərbi qulluqçunun qohumları tələb edir ki, əsgəri qətlə yetirənlər müəyyən olunsun. Onlar özünəqəsd versiyasını müzakirə etmək belə istəmirlər. Müstəntiqlərdə meyitin aşkar edilmə mövqeyi şübhə yaratmayıb. Müstəntiqlər dərhal Vardanyanın öz həyatına son verməklə intihar etdiyi qənaətinə gəlib və Ermənistan Cinayət Məcəlləsinin müvafiq maddəsinə uyğun cinayət işi açıblar. İntihar versiyası dərhal KİV-lərdə yayılıb.

İyulun 25-də dəfn günü Vayk şəhərindəki hərbi hissədən Armavirə gedən zabitlər baş vermiş hadisə barədə heç bir şey danışmayıblar.

“Yaxınlaşdım, dedim ki nənəsiyəm, Amerikadan gəlmişəm. Mənim biçarəmi kimin vurduğunu bilmək istəyirəm. Mənim uşağım bunu etməzdi. Kim onu öldürüb? Eşşək kimi başlarını aşağı sallayıb mənə baxırdılar. Mənim körpə uşağımın meyiti dəhlizdə qoyuldu. İçəri daxil oldular, heç olmasa papaqlarını da çıxarmadılar”, - deyə öldürülən erməni hərbi qulluqçunun nənəsi Nyura Karapetyan bu qanın yerdə qalmayacağını bildirib. Öldürülən erməni hərbi qulluqçunun nənəsi 90-cı illərdə mövcud olan ağır sosial şəraitdən sonra ABŞ-a gedib.

İntihar etdiyi iddia edilən erməni əsgəri Vardanyanın anası Ruzanna Vardanyan qeyd edir ki, oğlu 12 il qanunsuz olaraq, atasının yanında Rusiyada yaşayıb: “Ona sənəd lazım idi, səfirliyə müraciət etdi. Orada ona deyiblər ki, hərbi xidmətə getməlidir”.

Rusiyada yaşayan erməni gənclərin əvvəlcə başqa düşüncələrə sahib olmaları və ardınca orduya çağırılarkən orada hökm sürən “oğru aləmi” qanunlarına uyğunlaşa bilmədiklərinə dair müxtəlif faktlar var. Yanvarın 27-də işğal altında olan Qarabağ ərazisində qanunsuz dislokasiya olunan şərti adı “Yeğnikner” olan hərbi hissədə alnından açılan atəş nəticəsində 20 yaşlı Hovsep Qriqoryan ölüb. O, Spitak şəhər sakini olsa da, Ermənistana hərbi xidmət keçmək üçün gəlib. Rəsmi məlumata əsasən, o, silahla davranış qaydalarının pozulması nəticəsində ölüb.

Lakin daha sonra məlum olub ki, gənc əsgərin hərbi hissə komandiri ilə gərgin münasibətləri olub. Məlum olub ki, komandir əsgəri gecə yuxudan oyadaraq, gecə yuxusu hesabına Ermənistan Silahlı Qüvvələri nizamnaməsini öyrənməyə məcbur edib. Çünki ölən hərbi qulluqçu Rusiyadan gəldiyinə görə, ermənicə pis bilib.

2017-ci ildə qətlə yetirilən Narek Adibekyan da Rusiya sakini olub. O, Rusiya ordusunda 1 il qulluq etdikdən sonra Ermənistan ordusundan gələn çağırış əmri ilə qayıdaraq qulluğa başlayıb. Narek Adibekyan da şərti adı “Yeğnikner” olan 7-ci dağ atıcı alay, 38862 nömrəli hərbi hissədə xidmət edib. Rəsmi ittihama əsasən, onu mütəmadi olaraq incitdiyi əsgər yoldaşı öldürüb. Lakin bu versiyanın müstəntiqlər tərəfindən uydurulduğuna dair müxtəlif faktlar var.

“Paşinyan deyir, gəlin xidmət edin. Biçarəm Rusiyada yaşayırdı. Ermənistana gəldi ki, Ermənistan üçün xidmət etsin, bəs beləmi edirlər? Öldürüb əlimizəmi, verirlər? Mənim uşağım Ermənistanda yaşamadı, lakin Ermənistan üçün öldü. Yeni heç bir oliqarxın, heç bir vəzifəli məmurun uşağı ilə bağlı pis bir hadisə baş vermir? Yalnız bu uşaqlarmı, orduda zərər çəkir”, - deyə nənəsi şikayətlənib.

Vardanyanın valideynlərinə hərbi hissədən bildiriblər ki, onların övladı qız ucbatından özünü öldürüb. Onun Rusiyada hansısa virtual rəfiqəsi olub. Digər əfsanənin isə mobil telefonla əlaqəli olduğunu söyləyirlər. Deyilənə görə, Vardanyanın qiymətli smartfon tipli telefonu olub və komandir əlindən alıb. Anası vurğulayıb ki, heç vaxt telefon və ya qıza görə belə bir hadisə baş verə bilməzdi. Anası qəribə məqamlara rast gəldiyini deyir. İlk növbədə alnından başqa gözünün altında, yanaqlarında da yaralar olduğunu görüb. Bu səbəbdən də sifətin yuxarı hissəsi qapalı vəziyyətdə dəfn edilib. İkinci qəribə hal isə meyitin yarılması zamanı iştirak edən qohumlarının birinin dediyinə görə, ölən hərbi qulluqçunun başında xəsarət olub.

Nəhayət Vardanyanın mütəmadi olaraq, evdən vəsait istəməsi ailəni çox şübhəli davranmağa vadar edir.

“4 min, 7 min pul istəyirdi. Orduda bu pulları nə edirdi, bilmirdik”, - deyə ölən erməni hərbi qulluqçunun anası ifadə edib.

O, ölümündən iki həftə əvvəl evə, Armavir vilayətinə gəlib. Deyilənə görə, əhval ruhiyyəsi yüksək olub və hərbi hissəyə qayıtmağa tələsib. Valideynləri bütün bu suallara, məhkəmə tibbi ekspertizasının rəyində cavab veriləcəyini gözləyir. Ailəsi vəkil axtarır və Vardanyanın qətlinin üstünün açılması üçün sonadək mübarizə aparmaq niyyətindədir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:

Erməni hərbi qulluqçunun meyitini öz dəbilqəsi üzərində oturan vəziyyətdə aşkar ediblər - DETALLAR

2019/07/IMG_2-4693156200.jpg
Oxunub: 1519     20:28     29 İyul 2019    