“Bu vəsait Xəzərin cənub sərhədlərinin təhlükəsizliyi üçün nəzərdə tutulub” – EKSPERTLƏR

2018/02/456456_1518780760.jpg
Oxunub: 32372     12:45     27 İyul 2019    
“Bu vəsaitlərin necə və nə zaman Dağlıq Qarabağ münaqişəsi zonasında tətbiq ediləcəyinə dair zəmanət yoxdur”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri MDB ölkələri üzrə institutun direktor müavini, rus hərbi ekspert Vladimir Yevseyev 2018-2019-cu maliyyə ilində ABŞ tərəfindən Azərbaycana ayrılan hərbi yardıma toxunarkən deyib.

Onun sözlərinə görə, keçmişdə heç zaman bu həcmdə yardımdan söhbət getməyib və bu vəsait əsasən Xəzər dənizinin cənub sərhədlərinin təhlükəsizliyinin möhkəmləndirilməsi üçün nəzərdə tutulub.

“Birmənalı şəkildə bütün bu baş verənlər bölgədə ABŞ-ın varlığının möhkəmləndirilməsi istəyi, İran İslam Respubliası ilə ABŞ-ın münasibətlərinin gərginləşməsi və ABŞ prezidenti Donald Trampın siyasəti ilə bağlıdır. Bu vəsaitlərin necə və nə zaman Dağlıq Qarabağ münaqişəsi zonasında tətbiq ediləcəyinə dair zəmanət yoxdur. Baxmayaraq ki, ATƏT-in Minsk qrupunun həmsədri olan Birləşmiş Ştatlar bu vəsaiti Azərbaycana müəyyən sahədə bəzi işləri həyata keçirməyə ayırır”, - deyə Yevseyev bildirib.

Britaniyalı siyasi analitik Neyl Makfarleyn isə qeyd edib ki, belə bir vəziyyətdə KTMT-nin üzvü olaraq, bölgədə baş verən dəyişiklikləri və Azərbaycanın xarici siyasətində gözəçarpan dəyişikliklərini nəzərə alaraq, erməni tərəfi öz xarici siyasətini mümkün qədər balanslaşdırmalıdır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Azərbaycan   Hərbi-yardım   Ermənistan  


Bizi "telegram"da izləyin