Putin Paşinyana KTMT ilə bağlı hansı alternativ təklifi irəli sürüb?

2019/02/80792-1550210774.jpg
Oxunub: 25403     10:05     15 Fevral 2019    
Ermənistan tərəfindən Suriyaya hərbi heyətin göndərilməsi mətbuatda və sosial şəbəkələrdə ciddi müzakirəyə səbəb oldu.

Bir neçə gün öncə isə Ermənistan Müdafiə naziri Davit Tonoyan daha da irəli gedərək bildirdi ki, erməni taboru humanitar yardım üçün Suriyada olsa da, müəyyən vəziyyətdə hərbi əməliyyatlarda da iştirak edə bilər.

Erməni cəmiyyəti daxilində sual yaranır ki, niyə erməni tərəfi anidən bu "mövzuya" girdi. Erməni KİV-lərinin məlumatına görə, Ermənistanın Baş naziri Nikol Paşinyan bu yolla Rusiyanın rəğbətini qazanmağa və Moskvanın Azərbaycanı KTMT-də görmək istəyinin qarşısını almağa çalışır.

Mənbənin məlumatlarına görə, Paşinyan Baş nazir seçildikdən sonra Rusiya prezidenti Vladimir Putin Moskvada ona qarşı seçim qoyub. O, Azərbaycanı KTMT-də görməyə qarşı olmadığını, lakin buna alternativ variant olaraq Suriyada müəyyən fəaliyyətlərin icra olunmasını irəli sürüb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Putin   Paşinyan   KTMT   Suriya  


Bizi "telegram"da izləyin