“The Washington Post”: ABŞ kəşfiyyatı İsrailin İranla sülh razılaşmasını pozmaq ehtimalı barədə xəbərdarlıq edib

2025/10/1760155380.jpg
Oxunub: 264     22:08     19 İyun 2026    
ABŞ kəşfiyyat orqanları Prezident Donald Tramp administrasiyasına İsrailin Baş naziri Benyamin Netanyahu ilə bağlı xəbərdarlıq edib.

Ordu.az xəbər verir ki, bu barədə “The Washington Post” nəşri məlumat yayıb.

“The Washington Post” nəşrinin fəaliyyətdə olan və sabiq amerikalı rəsmilərə istinadən yaydığı məlumata görə, Netanyahu Vaşinqtonun İranla uzunmüddətli sülh sazişi əldə etmək istiqamətindəki səylərini pozacaq addımlar ata bilər.

Kəşfiyyat qiymətləndirmələrinə əsasən, İsrail Livanda “Hizbullah”a qarşı hərbi əməliyyatları davam etdirmək niyyətindədir. Bu isə yaxın zamanda imzalanmış ABŞ-İran memorandumunun əsas elementlərindən biri olan Livanda hərbi fəaliyyətin dayandırılması məqsədi ilə ziddiyyət təşkil edir.

Nəşrin mənbələri bildiriblər ki, İsrail rəhbərliyi sözügedən razılaşmanın ölkənin “Hizbullah”dan qaynaqlanan təhlükələrə qarşı fəaliyyət imkanlarını məhdudlaşdırdığını düşünür.

Məlumata görə, Livan məsələsində ediləcək hər hansı güzəşt İsrail daxilində, xüsusilə yaxınlaşan seçkilər fonunda siyasi məğlubiyyət kimi qəbul oluna bilər.

Kəşfiyyat hesabatlarında həmçinin qeyd olunur ki, Benyamin Netanyahunun siyasi gələcəyi böyük ölçüdə Livana münasibətdə sərt mövqeyin qorunması və bölgədə İsrailin hərbi mövcudluğunun saxlanılması ilə əlaqələndirilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İsrail   İran  


Bizi "telegram"da izləyin