Sançes Trampın açıqlamalarından sonra Meloniyə dəstək verib

2026/06/1781929455.jpg
Oxunub: 165     08:22     20 İyun 2026    
İspaniyanın Baş naziri Pedro Sançes ABŞ Prezidenti Donald Trampın sərt açıqlamalarından sonra İtaliyanın Baş naziri Corcia Meloniyə dəstəyini ifadə edib.

Ordu.az xəbər verir ki, bu barədə ANSA agentliyi məlumat yayıb.

Sançes Brüsseldə keçirilən Avropa İttifaqı sammitinin yekunlarına həsr olunmuş mətbuat konfransında çıxışı zamanı Trampın səsləndirdiyi fikirləri qəbuledilməz hesab etdiyini bildirib və onları necə düzgün xarakterizə edəcəyini bilmədiyini deyib.

O qeyd edib ki, Meloniyə həm ictimai, həm də şəxsi qaydada dəstəyini çatdırıb. Sançes vurğulayıb ki, söhbət təkcə siyasi deyil, həm də şəxsi həmrəylikdən gedir.

Mübahisəyə səbəb Trampın G7 sammitində Meloninin onunla birgə şəkil çəkdirmək üçün guya “yalvardığını” iddia etməsi olub. İtaliyanın Baş naziri bu bəyanatları təkzib edib və narazılığını ifadə edib.

Qalmaqal fonunda İtaliyanın xarici işlər naziri Antonio Tayani yaxın günlərdə ABŞ-yə planlaşdırılan səfərini ləğv edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Sançes   Meloni  


Bizi "telegram"da izləyin