Ordu.az xəbər verir ki, Amerika lideri bu barədə Vaşinqton yaxınlığındakı "Endryus" aviabazasında çıxışı zamanı danışıb.
"Bayden Ukraynaya böyük miqdarda resurs verib və buna görə ödəniş edilməlidir - bunun üçün avropalılar ödəməlidir, lakin onların belə bir niyyəti yox idi. Onlar ödəmədilər və heç kim onların qarşısında belə bir məsələ qaldırmadı", - Tramp bildirib.
O qeyd edib ki, bu məsələyə Parisdə Avropa liderləri ilə görüşündə toxunub.
"Ötən həftəsonu mən Avropa ölkələrinin liderləri ilə görüş keçirdim. Mən dedim: "Bir düşünün, biz sizi ümumi dəyəri 350 milyard dollar olan aviasiya, müxtəlif növ silahlar və digər vasitələrlə təmin etmişik". Bundan sonra mən sual verdim: "Niyə siz bunu etmədiniz (Ukraynaya silah tədarükünün dəyərini kompensasiya etmədiniz - red.)?" - Tramp danışıb. Onun sözlərinə görə, cavab belə olub: "Heç kim bizdən bunu istəməyib".
"İndi onlar ödəyirlər, Avropa ödəyir", - Amerika lideri vurğulayıb.
2025-ci ilin yayında Tramp administrasiyası Ukraynaya silah tədarükü üzrə yeni sxem tətbiq edib ki, bu sxemə əsasən silahlar üçün ödənişi Vaşinqtonun NATO üzrə Avropa tərəfdaşları edir.
Ordu.az