Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.
Nəşrin məlumatına görə, bu qənaət iş adamı Samvel Karapetyanın son müsahibəsindən sonra formalaşıb.
“Karapetyanın son müsahibəsindən aydın oldu ki, müxalifət mandatları götürəcək. Hazırda onlar Konstitusiya Məhkəməsinin qərarını gözləyirlər və bundan sonra müvafiq bəyanat səsləndiriləcək”, - deyə nəşr qeyd edib.
Bildirilir ki, Karapetyan mandatlardan imtina ilə bağlı mövqenin hakimiyyət və ona yaxın qüvvələr tərəfindən formalaşdırıldığını iddia edib.
“O bəyan edib ki, “mandatları götürməmək” narrativini hakimiyyət və onu dəstəkləyən qüvvələr inkişaf etdirirlər. Robert Köçəryanın komandası da mandatların qəbul edilməsinin tərəfdarıdır.
Müxalifətin bu qərarı “Vətəndaş Müqaviləsi” partiyasında ziddiyyətli reaksiyalar doğurub. Bəziləri hesab edir ki, bu yolla hakimiyyət konstitusion çoxluğu əldə etmək imkanından məhrum olacaq, digərləri isə düşünür ki, onsuz da hakimiyyətə belə çoxluq lazım deyil.
Onların fikrincə, Konstitusiyaya dəyişikliklər 300 min imza toplamaqla referendum vasitəsilə də həyata keçirilə bilər və bu proses üçün müxalifətin iştirakı vacib deyil. Hətta bəzi dairələr hesab edir ki, Qərbin dəstəyi fonunda siyasi böhran barədə danışmağa əsas yoxdur”, - deyə nəşr vurğulayıb.
Bununla yanaşı, nəşr qeyd edir ki, Karapetyanın açıqlaması müxalifət düşərgəsində birmənalı qarşılanmayıb.
“Müxalifətdə bəzi şəxslər hesab edirlər ki, bu mövqe müxalif qüvvələrin birləşməsinə xidmət etməyəcək. Bundan əlavə, cəmiyyətin əhəmiyyətli hissəsinin də bu qərardan ciddi narazı qalacağı düşünülür”, - deyə məqalədə bildirilir.
Alpər Mövludoğlu
Ordu.az