Tramp İrana razılaşma üçün 60 gün vaxt verib və nəticələrlə hədələyib

2026/05/1779950914.jpg
Oxunub: 250     08:09     20 İyun 2026    
ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, İranın razılaşma imzalaması üçün 60 gün vaxtı var, əks halda Vaşinqton Tehran üçün ciddi nəticələr doğuracaq addımlar atacaq.

Ordu.az xəbər verir ki, Tramp bu barədə çıxışı zamanı danışıb.

Onun sözlərinə görə, vəziyyətin daha da gərginləşməsi halında Hörmüz boğazı vasitəsilə neft tədarükündə fasilələr yarana bilər. Tramp bildirib ki, gəmiçiliyə yönəlmiş təhlükələr regionu iri neft daşıyıcıları üçün təhlükəsiz etməyəcək.

ABŞ Prezidenti həmçinin qeyd edib ki, ABŞ dünyanın ən güclü ordusuna malikdir. O, İranla bağlı son əməliyyatları xatırladaraq Amerika qüvvələrinin ölkənin hərbi infrastrukturuna ciddi zərər vurduğunu iddia edib.

Tramp bu açıqlamaları Qətərin hədiyyə etdiyi yeni “Air Force One” təyyarəsinin təqdimat mərasimində səsləndirib. O, eyni zamanda neft qiymətlərinin aşağı düşəcəyini gözlədiyini vurğulayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ  


Bizi "telegram"da izləyin