"KTMT" sözünə uyğun 517 nəticə tapıldı!

Rusiya Tacikistana 5 milyon dollar dəyərində hərbi texnika və silah tədarük edib

2019/10/456-1572434409.jpg
Oxunub: 442     17:59     30 Oktyabr 2019    
Rusiya Tacikistana təxminən 320 milyon rubl (5 milyon dollar) dəyərində hərbi texnika və silah tədarük edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Tacikistanın “Harb-Maidon” təlim poliqonunda keçirilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) “Sarsılmaz Qardaşlıq-2019” təlimlərinin sonunda Düşənbədə təhvil mərasimi baş tutub.

Məlumata görə, göndərilən texnikalar içərisində radar stansiyası, zirehli kəşfiyyat və patrul vasitələrinin olduğu bildirilib.

Mərasimdə Rusiya Mərkəzi Hərbi Dairəsinin komandiri Aleksandr Lapin bildirib ki, hərbi yardım silahlı qüvvələrin modernləşdirilməsi proqramı çərçivəsində müdafiə potensialının gücləndirilməsinə kömək etmək məqsədi daşıyır.

Qeyd edək ki, Rusiya Tacikistanı Orta Asiyada əsas müttəfiq hesab edir. Rusiya Tacikistanda, Əfqanıstan sərhədi yaxınlığındakı hərbi bazasında öz qüvvələrini müxtəlif silahlı qruplaşmaların və narkotik ticarəti təhlükəsinə qarşı bir vasitə olaraq saxlayır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Tacikistan   Hərbi-əməkdaşlıq