Qurudan səmaya, səmadan hədəfə: GÖKTAN-ın “daşıyıcı raket” konsepsiyasının anatomiyası (VİDEO+FOTOLAR)

2026/06/1781886201.jpg
Oxunub: 296     20:24     19 İyun 2026    
Türkiyənin müdafiə sənayesi sahəsində yerli və milli platformaların hazırlanması istiqamətində sürətli inkişafının son nümunələrindən biri ASELSAN GÖKTAN sistemidir. GÖKTAN ənənəvi artilleriya və raket sistemlərini geridə qoyan, yüksək dəqiqlikli və çoxsaylı hədəflərə qarşı yerüstü zərbə imkanları təqdim edən yeni nəsil yerüstü dəqiq zərbə sistemi kimi ön plana çıxır. Sistemin əsas məqsədi hava platformasına ehtiyac duymadan, hava hücumundan müdafiə təhdidinin və ya digər maneələrin mövcud olduğu bölgələrdə uzaq mənzilli və yüksək dəqiqlikli hədəf məhvetmə qabiliyyəti təmin etməkdir.


GÖKTAN əslində “daşıyıcı raket” funksiyasını yerinə yetirir. Hibrid mühərrik (Delta-V) sursatı (TOLUN-S) yüksək hündürlüyə və sürətə çatdırır. Müəyyən edilmiş nöqtədə sursat daşıyıcı gövdədən ayrılır və öz infraqırmızı görüntüləmə əsaslı axtarış başlığı (IIR) vasitəsilə hədəfə istiqamətlənir. Bu üsul bahalı və mürəkkəb uzaqmənzilli raketlər əvəzinə, iqtisadi mühərrikdən istifadə etməklə ağıllı sursatın çox uzaq məsafədə yerləşən hədəflərə, yəni radar sahələrinə, komanda mərkəzlərinə və strateji bazalara çatdırılması strategiyasına əsaslanır.


Sistemin Komponentləri və Quruluşu

GÖKTAN modul və daşına bilən arxitekturası ilə diqqət çəkir:


Bu komponentlərin ümumi funksiyası sistemin həm istiqamətləndirmə, həm də platforma çevikliyi baxımından yüksək performans nümayiş etdirməsini təmin edir.


GÖKTAN sisteminin hazırlanması dolayı zərbə imkanlarına artan tələbatın qarşılanmasına cavab olaraq həyata keçirilib və ilk dəfə 2025-ci ildə keçirilən IDEF 2025 sərgisində ictimaiyyətə təqdim olunub. 2025-ci il fevral ayında Sinop sınaq poliqonunda keçirilən canlı atış sınağında TOLUN sursatı uğurla buraxılıb və hədəfə dəqiq zərbə endirib.

Bu atış TOLUN sursatının hava platformalarından başqa, yerüstü buraxılış konfiqurasiyasında da effektiv şəkildə istifadə oluna biləcəyini sübut edib.


Sistemin Funksiyaları və Tətbiq Sahələri

GÖKTAN sisteminin önə çıxan funksiyaları:

- “Yer-yer” uzaq mənzilli dəqiq zərbə imkanı
- 360° atış qabiliyyəti (hədəf istiqamətindən asılı olmayaraq buraxılış)
- Gecə-gündüz və çətin hava şəraitində əməliyyat imkanı
- Çoxsaylı hədəflərə ardıcıl və ya eyni vaxtda atəş açmaq qabiliyyəti


Bu xüsusiyyətləri sayəsində sistem düşmənin hava hücumundan müdafiə təhdidinin mövcud olduğu bölgələrdə və ya sərhəddən kənarda yerləşən dərin hədəflərə qarşı zərbə tapşırıqlarında effektiv şəkildə istifadə edilə bilər.


Texniki Xüsusiyyətlər

Aşağıdakı cədvəldə sistemin məlum texniki parametrləri ümumiləşdirilib:


Bu texniki parametrlər GÖKTAN sistemini klassik raket və artilleriya sistemləri ilə müqayisədə daha çevik və daha dəqiq platformaya çevirir.

Sistem hava hücumundan müdafiə təhdid xətti boyunca təyyarələrin istifadəsinə ehtiyac olmadan dərinlikdə yerləşən hədəflərə çatmaq imkanı təqdim edir və beləliklə riskli hava əməliyyatlarını əvəz edə biləcək mühüm qabiliyyət yaradır.

Klassik artilleriya və ya MLRS (Çoxsaylı Raket Buraxılış Sistemi) sinfinə məxsus sistemlərdən fərqli olaraq, hədəf sıxlığı, meteoroloji şərait və gəmi və ya quru platformaları ilə inteqrasiya kimi parametrlər üzrə yüksək performans nümayiş etdirir.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: GÖKTAN   ASELSAN  


Bizi "telegram"da izləyin