Çernoqoriya Avropa İttifaqına üzvlüyün yekun mərhələsinə yaxınlaşıb

2026/05/1778094883.jpg
Oxunub: 193     08:24     20 İyun 2026    
Almaniya Kansleri Fridrix Merts bildirib ki, Çernoqoriya Avropa İttifaqına üzvlüklə bağlı danışıqların yekun mərhələsinə yaxınlaşaraq keçid dövrünü yaşayır.

Ordu.az xəbər verir ki, bu barədə o, Brüsseldə keçirilən Avropa İttifaqı sammitinin yekunlarına dair mətbuat konfransında danışıb.

Merts qeyd edib ki, Qərbi Balkan ölkələrinin inteqrasiyası prosesi artıq təxminən 20 ildir davam edir və bu vəziyyət Ukrayna ilə bağlı prosesdən fərqlənir.

Onun sözlərinə görə, Çernoqoriya praktiki olaraq üzvlüyə hazırdır. Belə ki, danışıqlar üzrə bölmələrin böyük hissəsi artıq tamamlanıb və ölkə prosesin son mərhələsinə keçə bilər.

Kansler əlavə edib ki, Avropa İttifaqında Qərbi Balkan ölkələrinin eyni vaxtda, yoxsa mərhələli şəkildə birliyə qoşulacağı məsələsi hələ də müzakirə olunur. Bu mövzu ilə bağlı yekun qərarların Avropa Şurasının növbəti iclasında nəzərdən keçirilməsi planlaşdırılır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çernoqoriya    


Bizi "telegram"da izləyin