“Hraparak”: Ermənistanda “ağız tikmə” prosesi yeni mərhələyə keçir

2026/06/1781929051.jpg
Oxunub: 208     08:15     20 İyun 2026    
“İrəvan Dövlət Universitetinin müəllimi, siyasi şərhçi Alen Gevondyana qarşı irəli sürülən ittiham onun saxlanıldığı gün yayılan paylaşım əsasında deyil, başqa bir mətn əsasında formalaşdırılıb. Ermənistanda fərqli fikirlərin ifadəsinə qarşı təzyiqlər genişlənməkdə davam edir”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşrin məlumatına görə, hazırda inzibati nəzarət altında olan Alen Gevondyan Ermənistan İstintaq Komitəsi tərəfindən “hakimiyyətin ələ keçirilməsinə və konstitusiya quruluşunun zorla devrilməsinə yönəlmiş açıq çağırışlar etməkdə” ittiham olunur.

“Məhkəmə qərarı ilə ona paylaşım etməsi, toplantılarda iştirakı və sosial şəbəkələrdə ünsiyyət qurması qadağan edilib”, - deyə nəşr qeyd edib.

Vurğulanır ki, ittihamın əsasını Gevondyanın iyunun 2-də etdiyi paylaşım təşkil edir.

“Paylaşımda müxalifətə müraciətlə bildirilirdi ki, əgər onlar gələcək parlamentdə sadəcə müxalifət rolunda qalmaq niyyətində deyillərsə, artıq indidən ən sərt seçkidən sonrakı proseslərə institusional baxımdan hazır olmalıdırlar. Müəllif qeyd edirdi ki, Nikol Paşinyanın siyasi fəaliyyəti 2008-ci il martın 1-də qanlı hadisələr fonunda başlayıb və xaricdən yardım gözləməyin mənasız olduğunu düşünürdü.

Paylaşımda həmçinin iddia olunurdu ki, Paşinyanın yanında regionun və Avropanın bəzi ölkələrinin xüsusi xidmət orqanları dayanır və seçkidən sonrakı mərhələ üçün xüsusi peşəkar kadrlara ehtiyac olacaq”, - deyə məqalədə qeyd olunub.

Nəşr bildirir ki, Gevondyana qarşı ittihamın irəli sürülməsi Ermənistanda ifadə azadlığı ilə bağlı yeni müzakirələrə səbəb olub.

“Ötən gün daha bir siyasi xadim, parlamentin sabiq deputatı Ruben Hakopyan da fikirlərini ifadə etdiyinə görə saxlanılıb”, - deyə məqalənin sonunda vurğulanıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Gevondyan  


Bizi "telegram"da izləyin