Bolqarıstanda Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib - FOTOLAR

2026/06/1781927479.jpg
Oxunub: 192     01:26     20 İyun 2026    
Azərbaycanın Bolqarıstandakı səfirliyində iyunun 19-da Milli Qurtuluş Günü münasibətilə tədbir təşkil olunub.

Ordu.az xəbər verir ki, bu barədə səfirliyin sosial şəbəkə hesablarında məlumat paylaşılıb.

Tədbirə bu ölkədə yaşayan Azərbaycan icmasının üzvləri də qatılıblar.

Çıxış edən səfir Elmar Məmmədov xalqın tələbi ilə Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışının ölkənin müasir tarixində dönüş nöqtəsi olduğunu bildirib. Səfir qeyd edib ki, Milli Qurtuluş Günü Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılması, ictimai-siyasi sabitliyin bərqərar olunması və ölkənin davamlı inkişaf yoluna qədəm qoyması baxımından müstəsna əhəmiyyətə malikdir. O, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik kursunun bu gün də Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini vurğulayıb.

Tədbirdə Azərbaycan icmasının üzvləri də çıxış edərək milli birliyin qorunmasının, dövlətçiliyin möhkəmləndirilməsinin və xaricdə yaşayan soydaşlarımızın Azərbaycan həqiqətlərinin təbliği istiqamətində fəaliyyətinin vacibliyini qeyd ediblər.




Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bolqarıstan   Azərbaycan  


Bizi "telegram"da izləyin