Ordu.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Təşəbbüsə əsasən, həmin yaşayış məntəqələrində istehsal olunan məhsulların idxalının, eləcə də ora məhsul ixracının qadağan edilməsi təklif olunur. Sənəd həmçinin belə ərazilərdə daşınmaz əmlakın alınmasını, onların tikintisi ilə bağlı xidmətlərin göstərilməsini və yaşayış məntəqələri ilə əlaqəli biznes fəaliyyətində iştirakı məhdudlaşdırır.
Xarici işlər naziri Espen Bart Eide bildirib ki, Oslonun mövqeyinə görə, İsrail yaşayış məntəqələri beynəlxalq hüququ pozur və iki dövlətin yaradılması perspektivlərinə zərbə vurur.
Qanun layihəsinin müzakirəsi sentyabrın 19-dək davam edəcək. Bundan sonra hökumət təşəbbüsün parlamentə təqdim olunub-olunmaması ilə bağlı qərar qəbul edəcək.
Sevinc Əliyeva
Ordu.az