Zelenski: “Lukaşenkonun retranslyatorları sökməsi üçün bir həftə vaxtı var”

2026/06/1780994107.jpg
Oxunub: 236     22:00     19 İyun 2026    
Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib ki, Belarus Prezidenti Aleksandr Lukaşenko Belarus ərazisində yerləşdirilmiş retranslyatorları və digər infrastrukturu bir həftə ərzində sökməlidir.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Zelenskinin sözlərinə görə, həmin infrastruktur Ukrayna şəhərlərinə qarşı həyata keçirilən Rusiya hücumlarının koordinasiyasında istifadə olunur.

Ukrayna lideri bildirib ki, sərhədyanı rayonlar da daxil olmaqla Ukrayna şəhərlərinə endirilən zərbələr Belarus ərazisində yerləşən müəyyən obyektlərin dəstəyi ilə həyata keçirilir. Onun fikrincə, bu amil mülki şəxslərin həlak olmasına səbəb olur.

Zelenski vurğulayıb ki, Rusiya Belarusu müharibəyə cəlb etmək siyasətini davam etdirir. O qeyd edib ki, Lukaşenko öz ərazisindən istifadənin məhdudlaşdırılması və Ukrayna tərəfinin iddiasına görə Rusiya qoşunlarının istifadə etdiyi resursların təminatının dayandırılması üçün addımlar ata bilər.

Ukrayna Prezidenti xəbərdarlıq edib ki, əgər bu tədbirlər həyata keçirilməzsə, Ukrayna məsələ ilə bağlı müstəqil şəkildə hərəkət edəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zelenski   Lukaşenko  


Bizi "telegram"da izləyin