Silahların İnteqrasiyasından Süni Zəka Beyninə: “Polad Günbəz” Niyə Sadəcə Hava Müdafiə Sistemi Deyil? (VİDEO+FOTOLAR)
Oxunub: 328
10:10
20 İyun 2026
“Göy Vətən”in təhlükəsizliyini təmin etmək məqsədilə Türkiyə Respublikası Prezident Administrasiyasının Müdafiə Sənayesi Komitəsinin koordinasiyası ilə həyata keçirilən “Polad Günbəz” (Steel Dome), Türkiyənin hava hücumundan müdafiə imkanlarını vahid mərkəzdən idarə edən və bütün hava təhdidlərinə qarşı effektiv “təhlükəsizlik çətiri” yaradan nəhəng bir “sistemlər sistemi”dir. Bu layihə ayrı-ayrı silahlardan ibarət deyil, radarların, sensorların, raketlərin və süni zəka dəstəkli komanda-idarəetmə mərkəzlərinin vahid şəbəkə strukturu altında birləşdirilməsindən ibarətdir.
“Polad Günbəz” nədir?
“Polad Günbəz” ASELSAN, ROKETSAN, TÜBİTAK SAGE, HAVELSAN və MKE kimi Türkiyənin müdafiə sənayesinin aparıcı şirkətləri tərəfindən hazırlanmış müxtəlif mənzil və hündürlüklərdə fəaliyyət göstərən bütün hava hücumundan müdafiə sistemlərini bir-biri ilə inteqrasiya edən çoxtəbəqəli bir arxitekturadır.
Sistemin əsas fəlsəfəsi alçaq hündürlükdən kosmos sərhədinədək gələn bütün növ təhdidləri (Pilotsuz Uçuş Aparatı (PUA), qanadlı raket, döyüş təyyarəsi, ballistik raket) vahid hava mənzərəsində görmək və onları ən uyğun sursatla zərərsizləşdirməkdir. HAKİM Hava Hücumundan Müdafiə İdarəetmə Sistemi bu strukturun “beyni” funksiyasını yerinə yetirir və süni zəka alqoritmləri vasitəsilə saniyələr ərzində qərar qəbul edərək hədəfi ən uyğun batareyaya yönləndirir.
Niyə hazırlanıb?
“Polad Günbəz”in hazırlanmasında əsas məqsəd Türkiyənin hava hücumundan müdafiə imkanlarını xarici sistemlərdən asılılıqdan qurtarmaq idi. Bunun sayəsində ölkə xarici təchizat zəncirlərindən və siyasi məhdudiyyətlərdən kənarda qalaraq tamamilə yerli həllərlə öz hava məkanını qorumaq qabiliyyəti əldə etdi. Bununla yanaşı, layihə PUA-lardan qanadlı raketlərə, insansız sistemlərdən döyüş təyyarələrinə qədər uzanan geniş spektrli təhdidlərə qarşı müstəqil və davamlı müdafiə doktrinası formalaşdırmağı hədəfləyirdi. Bu məqsədə uyğun olaraq çoxtəbəqəli və inteqrasiya edilmiş arxitektura qəbul edildi və müxtəlif hündürlük və mənzillərdəki təhdidlərə eyni sistem daxilində effektiv cavab vermək imkanı yaradıldı.
“Polad Günbəz”in təbəqələri və istifadə olunan sistemlər
“Polad Günbəz” dörd əsas təbəqə üzərində qurulub. Hər təbəqə müəyyən mənzil və hündürlüklərdəki təhdidlərə yönəlir.
Sistem komponentləri: Vasitələr və sursatlar
Bir “Polad Günbəz” bölməsi yalnız raketlərdən ibarət deyil. O, radarlar, komanda-idarəetmə və logistika vasitələri ilə birlikdə vahid bir sistem təşkil edir.
Çox Alçaq Hündürlük Təbəqəsi
KORKUT 100/120/130/140: (35 mm iki lüləli top sistemi)
İHTAR: Mini/mikro PUA əleyhinə sistemlər
ŞAHİN: 40 mm Fiziki Məhvetmə Sistemi
GÖKBERK: Mobil lazer/taktiki silah sistemi
SUNGUR: Çiyindən və mobil platformalardan buraxıla bilən qısa mənzilli hava hücumundan müdafiə raketi
Alçaq Hündürlük Təbəqəsi
GÜRZ: Hibrid Hava Hücumundan Müdafiə Sistemi (Raket + 35 mm top)
BURÇ: Mobil Hava Hücumundan Müdafiə Sistemi (SUNGUR raketi + 20 mm top)
HİSAR A+: Mobil Hava Hücumundan Müdafiə Raket Sistemi (10-25 km)
Orta Hündürlük Təbəqəsi
HİSAR O+: Mobil Hava Hücumundan Müdafiə Raket Sistemi (25-50 km)
GÖKDEMİR: Mobil Hava Hücumundan Müdafiə Raket Sistemi (25-50 km)
Yüksək Hündürlük Təbəqəsi
İstifadə Olunan Raketlər və Sursatlar
ATOM 35/40 mm: KORKUT sistemində istifadə olunan, parçalanaraq bulud yaradan ağıllı sursat.
SUNGUR: Çiyindən və ya nəqliyyat vasitəsindən buraxılan, infraqırmızı (IIR) axtarış başlığına malik portativ raket.
HİSAR A/O Seriyası: Şaquli buraxılış qabiliyyətinə malik, iki impulslu mühərrik texnologiyası ilə təchiz edilmiş qısa və orta mənzilli raketlər.
GÖKDOĞAN və BOZDOĞAN: Əslində “hava-hava” raketləri olan, lakin GÖKDEMİR sistemi vasitəsilə yerdən havaya istifadə edilən raketlər.
GÖKTAN: Yerdən-yerə buraxılan, idarəolunan sursat sistemi.
SİPER BLOCK-1/2: 60-150+ km mənzildə strateji hədəfləri məhv edən uzaq mənzilli raketlər.
Radar, Radioelektron Mübarizə və Sensor Şəbəkəsi
HAKİM: Hava Hücumundan Müdafiə İdarəetmə Sistemi
KALKAN-II: Orta hündürlüklü hava hücumundan müdafiə radarı.
ALP 100-G (AESA): Daşına bilən Silah Aşkarlama Radarı.
ALP 300-G (AESA): Hava Müşahidəsi və Erkən Xəbərdarlıq Sistemi.
PUHU: Portativ Dinləmə və İstiqamət Müəyyənetmə Sistemi.
REDET II: Radioelektron Dəstək/Radioelektron Hücum Sistemi.
KORAL 200: Mobil Radioelektron Mübarizə Sistemi.
ILGAR 3-LT/NG: Mobil Radioelektron Hücum Sistemi.
VURAL: Radioelektron Dəstək Sistemi.
EJDERHA: Yüksək texnologiyaya malik elektromaqnit PUA əleyhinə sistem.
TURAN: Rabitə sistemi.
Batareya Quruluşu
Hava hücumundan müdafiə doktrinasında bir “sistem” adətən bir neçə batareyadan ibarət olur. “Polad Günbəz”in əsas komponentləri olan HİSAR və SİPER sistemlərinin standart batareya quruluşu təxminən aşağıdakı kimidir:
SİPER Batareya Quruluşu (Nümunə)
1 ədəd Park Komanda Mərkəzi: Bütün koordinasiyanı təmin edir.
1 ədəd Axtarış Radarı (ALP 300-G): Uzaq mənzilli müşahidə həyata keçirir.
1 ədəd Atəş İdarəetmə Radarı (ALP 100-G): Raketi hədəfə yönləndirir.
6-8 ədəd Raket Buraxılış Sistemi (FFS): Hər bir maşında 6 ədəd raket daşıma və buraxılış konteyneri mövcuddur.
Raket sayı: Tam bir batareyada təxminən 36-48 ədəd istifadəyə hazır raket mövcuddur.
HİSAR-O+ Batareya Quruluşu
1 ədəd Atəş İdarəetmə Mərkəzi.
1 ədəd Mobil Radar (KALKAN 400-G).
3 ədəd Raket Buraxılış Maşını: Hər maşında 6 raket mövcuddur (cəmi 18 raket/batareya).
1 ədəd Elektro-Optik Sistem.
Texniki və Ümumi Xüsusiyyətlər
Süni Zəka İnteqrasiyası: Təhdidlərin prioritetləşdirilməsi və hansı raketin buraxılacağının müəyyənləşdirilməsi üçün süni zəka dəstəyindən istifadə olunur.
Şəbəkə Mərkəzli Rabitə: RADNET və T-LINK protokolları vasitəsilə bütün radarlar məlumatları real vaxt rejimində paylaşır.
Şaquli Buraxılış Qabiliyyəti: HİSAR və SİPER raketləri şaquli buraxılış həyata keçirərək 360 dərəcə müdafiə təmin edir.
Çoxsaylı Hədəflərə Nişanalma: Bir batareya eyni anda 10-dan çox hədəfi izləyə və onlara raket yönləndirə bilir.
Mobillik: Bütün sistemlər təkərli (8×8 və ya 6×6) platformalar üzərində yerləşdirilib və qısa müddətdə mövqeyini dəyişə bilir (Shoot-and-Scoot).
Dost-Düşmən Tanıma (IFF): Qabaqcıl IFF “Mod-5” sistemi sayəsində dost qüvvələrin vurulmasının qarşısı alınır.
“Polad Günbəz” Türkiyəni dünyada çoxtəbəqəli hava hücumundan müdafiə sistemlərini başdan sona qədər istehsal və inteqrasiya edə bilən sayılı ölkələrdən birinə çevirir. Bu sistem yalnız müdafiə qalxanı deyil, eyni zamanda Türkiyənin texnoloji suverenliyinin simvollarından biridir.