“Rusiya G8-də qalsaydı, Ukraynada müharibə baş verməyə bilərdi” - Tramp

2026/04/1776101799.jpg
Oxunub: 212     08:27     20 İyun 2026    
ABŞ Prezidenti Donald Tramp “Axios” nəşrinə müsahibəsində Rusiyanın “Böyük Səkkizlik”dən çıxarılmasının səhv qərar olduğunu və bunun sonrakı hadisələrin inkişafına təsir göstərə biləcəyini bildirib.

Ordu.az xəbər verir ki, Tramp Rusiyanın iştirakı ilə G8 formatının saxlanılacağı təqdirdə Rusiya ilə Ukrayna arasında münaqişədən yayınmağın mümkün ola biləcəyini deyib.

ABŞ Prezidenti vurğulayıb ki, onun fikrincə, Rusiyanın formatdan kənarlaşdırılması ilə bağlı qərar siyasi baxımdan yanlış addım olub.

Tramp əlavə edib ki, həmin dövrdə ABŞ Prezidenti olan Barak Obama onun sözləri ilə desək, Vladimir Putinin G8 formatında iştirakına qarşı çıxırdı.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Rusiya   G8  


Bizi "telegram"da izləyin