Tramp ABŞ-nin İsraili məhv olmaqdan xilas etdiyini bildirib

2026/06/1781860211.jpg
Oxunub: 203     08:20     20 İyun 2026    
ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Birləşmiş Ştatların dəstəyi olmasaydı, İsrail məhv edilə bilərdi.

Ordu.az xəbər verir ki, Tramp bu barədə jurnalistlərə açıqlamasında danışıb.

O vurğulayıb ki, məhz ABŞ lazımi silahlanmaya və hərbi imkanlara malikdir. Prezident xüsusilə B-2 strateji bombardmançılarını nümunə göstərərək Vaşinqtonun hərbi potensialına diqqət çəkib.

İsrailin Baş naziri Benyamin Netanyahu ilə münasibətlərinə toxunan Tramp onların yaxşı səviyyədə qaldığını bildirib. Bununla belə, o əlavə edib ki, Vaşinqton bəzən Netanyahunu “sağlam məntiq çərçivəsində saxlamağa” məcbur olur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ   İsrail  


Bizi "telegram"da izləyin