Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Shamshyan.com” saytı məlumat yayıb.
Məlumata görə, 2015-ci il aprelin 17-də Lori vilayətində, Spitak dolaylarında hərbi “Ural” avtomobilinin iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib. Erməni hərbçiləri daşıyan avtomobil dərəyə yuvarlanıb.
Qəza nəticəsində bir erməni hərbçi həyatını itirib, çox sayda erməni əsgər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Hadisədən sonra ölən erməni hərbçinin döyüş yoldaşları qəzanın baş verdiyi ərazidə onun xatirəsinə xatirə daşı və gül qabları yerləşdiriblər. Bildirilir ki, onlar mütəmadi olaraq həmin məkanı ziyarət edir və xatirə daşının önünə gül qoyurdular.
İyunun 19-da isə məlum olub ki, xatirə daşı və gül qablarından biri sındırılıb. Hazırda hadisəni aktını törədən şəxsin kimliyi məlum deyil və hadisə ilə bağlı araşdırma aparılır.
Alpər Mövludoğlu
Ordu.az