Sosial sorğu: İsraildə Netanyahunun siyasətdən getməsi istənilir

2026/05/1778436238.jpg
Oxunub: 212     09:43     20 İyun 2026    
İsrail vətəndaşlarının əksəriyyəti Baş nazir Benyamin Netanyahunun siyasətdən getməsinin və növbəti parlament seçkilərində iştirak etməməsinin vaxtının çatdığını düşünürlər.

Ordu.az "The Times of Israel" qəzetinə istinadən xəbər verir ki, bunu "Channel 12" telekanalının sorğusunun nəticələri təsdiqləyib.

Araşdırmaya əsasən, respondentlərin 59 %-i hesab edir ki, Netanyahu seçkilərdə yenidən namizədliyini irəli sürməməlidir. Sorğuda iştirak edənlərin 33 %-i əks fikirdədir, daha 8 %-i isə cavab verməkdə çətinlik çəkib.

Sorğu zamanı iştirakçılardan hakim "Likud" partiyasının rəhbəri vəzifəsində Netanyahunu kimin əvəz etməli olduğunu göstərmələri istənilib.

Ən böyük dəstəyi İsrailin iqtisadiyyat naziri Nir Barkat alıb, onun partiyanın gələcək lideri qismində namizədliyini sorğuda iştirak edənlərin 18 %-i dəstəkləyib.

Daha sonra ədliyyə naziri Yariv Levin (9 %), müdafiə naziri İsrael Kats (7 %) və Knesset spikeri Əmir Ohana (6 %) gəlir.

Telekanal sorğu iştirakçılarının sayı haqqında məlumat verməyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Netanyahu  


Bizi "telegram"da izləyin