Moskva “Sichen” və FP-1 PUA-ları ilə hədəfə alınıb - VİDEO

2026/06/Ekran-1781894581.jpg
Oxunub: 251     22:41     19 İyun 2026    
İyunun 19-da Ukraynaya məxsus “Sichen” və FP-1 kamikadze tipli Pilotsuz Uçuş Aparatları (PUA), eləcə də digər PUA-lar Moskva vilayəti üzərində müşahidə olunub.

Ordu.az xəbər verir ki, Moskvaya doğru hərəkət edən PUA-ların görüntüləri “Exilenova+” analitik qrupu tərəfindən yayımlanıb.

Məlumata görə, yerli sakinlər əvvəlcə “Sichen” PUA-larını müşahidə ediblər, qısa müddət sonra isə FP-1 aparatları da qeydə alınıb.

Hücum faktı Moskva meri Sergey Sobyanin tərəfindən də təsdiqlənib. O bildirib ki, hava hücumundan müdafiə qüvvələri gün ərzində onlarla pilotsuz uçuş aparatını aşkar edib.

Bildirilir ki, “Sichen” PUA-sının uçuş məsafəsi 1400 kilometrə qədərdir. Aparat 40 kiloqramlıq döyüş başlığı daşıyır və hədəfləri təxminən 20 metr dəqiqliklə vurmaq imkanına malikdir.

FP-1 isə düşmən ərazisinin dərinliklərində yerləşən strateji obyektlərə zərbələr endirmək üçün nəzərdə tutulub. Bu aparat 1600 kilometrə qədər məsafədə fəaliyyət göstərə bilir və 113 kiloqrama qədər döyüş başlığı daşımaq imkanına malikdir.

Məlumatda qeyd olunur ki, Ukrayna PUA-ları son dövrlər Moskva istiqamətinə daha tez-tez çatmağa başlayıb. İyunun 18-də Ukrayna qüvvələrinin Moskva Neft Emalı Zavoduna ən iri zərbələrdən birini endirdiyi bildirilir.


Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Moskva   Sichen   FP-1  


Bizi "telegram"da izləyin