"Times": Starmer yaxın günlərdə istefa vermək barədə qərar qəbul edə bilər

2026/06/1781891791.jpg
Oxunub: 194     00:10     20 İyun 2026    
Britaniya hökumətinin başçısı Kir Starmer qarşıdan gələn həftəsonu baş nazir vəzifəsini tutmağa davam edib-etməyəcəyini müəyyənləşdirmək niyyətindədir.

Ordu.az xəbər verir ki, bu barədə "The Times" məlumatlı mənbələrə istinadən yazıb.

Məlumata görə, baş nazir postunu qoruyub saxlamaq niyyəti ilə bağlı açıq bəyanatlarına baxmayaraq, Starmer ən yaxın ətrafı ilə şəxsi söhbətlərində hakim Leyboristlər Partiyasından olan parlamentarilərin əhəmiyyətli hissəsinin onun getməsinin tərəfdarı olduğunu ehtimal edir.

Qəzet yazıb ki, Nazirlər Kabinetinin rəhbəri həyat yoldaşı Viktoriya və digər yaxın qohumları ilə məsləhətləşmələrdən sonra istirahət günlərində mümkün istefası barədə yekun qərar qəbul etməyi planlaşdırır.

Daha əvvəl Starmer bildirib ki, Böyük Mançester qraflığının meri Endi Bernem Britaniya parlamentinin aşağı palatası olan İcmalar Palatasına keçirilən əlavə seçkilərdə qələbə qazandıqdan sonra öz postunu könüllü tərk etmək niyyətində deyil.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Starmer   Britaniya  


Bizi "telegram"da izləyin