Ordu.az xəbər verir ki, bu barədə "Axios"un jurnalisti Barak Ravid mənbəyə istinadən "X" sosial şəbəkəsində məlumat paylaşıb.
Məlumata görə, Əraqçi ABŞ ilə danışıqlar aparmaq üçün İsveçrəyə getməyi planlaşdırır, lakin İsrail və Livanın atəşkəs barədə razılığa gəlib-gəlməyəcəyindən asılı olaraq vəziyyət "hələ də dəyişə bilər".
Ravidə danışan mənbələr vurğulayıblar ki, İran tərəfi İsveçrə səfərindən əvvəl Livandakı hərbi əməliyyatların dayandırılmasına nail olunmasında israr edir.
Daha əvvəl Ravid bildirib ki, danışıqlarda ABŞ-ni ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff və Amerika liderinin kürəkəni Cared Kuşner təmsil edəcəklər.
Ordu.az