Ordu.az xəbər verir ki, bu barədə o, Avropa İttifaqı sammitinin yekunlarına həsr olunmuş mətbuat konfransında çıxış edərkən danışıb.
Fon der Lyayen qeyd edib ki, Avropa İttifaqının xarici siyasət və iqtisadi təzyiq alətləri sırasında yer alan sanksiyalar və digər mexanizmlər Avropa Komissiyasının əlində qalmalıdır.
Bununla yanaşı, Avropa İttifaqının təsis müqavilələrinə əsasən hərbi və müdafiə sənayesi siyasəti üzv dövlətlərin milli hökumətlərinin səlahiyyətində qalır və bu sahə fövqəlmilli institutların birbaşa nəzarətinə verilmir.
Avropa Komissiyasının sədri daha əvvəl də müdafiə sənayesi sahəsində koordinasiyanın gücləndirilməsinin tərəfdarı kimi çıxış edib. O, müdafiə məsələləri üzrə Avropa komissarı vəzifəsinin yaradılması, müdafiə layihələrinin maliyyələşdirilməsinin artırılması və silahlanma sahəsində birgə satınalmaların genişləndirilməsi təşəbbüslərini dəstəklədiyini bildirib.
Fon der Lyayenin sözlərinə görə, bu təşəbbüslər Avropa İttifaqında ümumi silah bazarının formalaşdırılmasına və üzv ölkələr arasında müdafiə satınalmalarının daha sıx əlaqələndirilməsinə xidmət edir.
Sevinc Əliyeva
Ordu.az