JF-17 "Thunder" dağlıq ərazidə döyüş əməliyyatları üçün idealdır – Pakistan HHQ-nin Marşalı

2019/02/45654-1550048427.jpg
Oxunub: 29973     12:58     13 Fevral 2019    
"Çox güclü avionika paketinə və gündüz/gecə hədəfalma imkanlarının mövcudluğuna görə, JF-17 dağlıq ərazilərdə dəqiq hava əməliyyatları həyata keçirə bilir. Bu imkanlar dağlıq ərazilərdə terrorçulara qarşı müharibədə artıq Pakistan ordusu tərəfindən sınaqdan keçirilib".

Ordu.az Çin-Pakistan birgə istehsalı olan JF-17 qırıcı layihəsinin qurucularından biri olan Pakistan Hərbi Hava Qüvvələri Baş Qərargahının keçmiş müavini, Pakistan Hərbi Hava Qüvvələrinin ehtiyatda olan üç ulduzu Marşalı Şahid Lətif ilə müsahibəni təqdim edir:


- 2019-cu ilin sonunadək Azərbaycan Pakistandan JF-17 "Thunder" taktiki qırıcılarının ilk partiyasını almaq niyyətindədir. Bakı ilə İslamabad arasındakı bu müqaviləni necə qiymətləndirirsiniz?

- Bu müqavilə hər iki ölkə üçün qarşılıqlı faydalıdır. Pakistan istehsal etdiyi yüksək texnologiyalı qırıcıları tərəfdaşlarına satmaq üçün yeni imkanlara malik olacaq. Bu müqavilə Azərbaycanla Pakistan arasındakı mövcud dostluq əlaqələrini daha da möhkəmləndirəcək. Və əlbəttə ki, 4-cü nəsil F-17 "Thunder" qırıcısı Azərbaycan Hərbi Hava Qüvvələrinin gücləndirilməsində mühüm rol oynayacaq.


- Bu qırıcının texniki xüsusiyyətləri barədə bizə məlumat verin. Üstəlik, bildiyimiz qədər, siz şəxsən onun hazırlanmasında iştirak edibsiz.

- JF-17 qırıcısı bütün müasir tələblərə cavab verir, həmçinin müasir və güclü bir ordunun formalaşmasına imkan verir. Bu döyüşçü, Pakistan Hərbi Hava Qüvvələrinin köhnə F-7 (MiQ-21 variantı) və Mirage III/S qırıcılarını əvəz edərək, beş eskadrilyada silahlanmaya qəbul edilib.

JF-17-in müasir dizaynı, ən çox F-16 "Falcon" tipli universal qırıcılarındakına bənzər bir blok sistemli konstruksiyaya sahibdir. JF-17 müasir qırıcıların qabaqcıl imkanlarını təmin edən bütün lazımi texniki, əməliyyat və istismar xüsusiyyətlərinə malikdir. O, son nəslin müasir qırıcısı kimi paralel olaraq güclü bir silahlanma və avionika paketini daşıyır.


JF-17 havada yanacaq doldurmaq qabiliyyətinə, digər mənbələrdən hədəf göstərilməsi ilə vizual görüntü zonasından kənarda yerləşən hədəflərə atəş açmaq rejiminə (BVR rejimi - "Beyond Visual Range"), AWACS erkən xəbərdarlıq sisteminə və s. sahibdir. İnformasiyaya malik olmayanlar üçün qeyd edim ki, radioaşkaretmə və tuşlama aviasiya kompleksi, qırıcıya quraşdırılan elektron kəşfiyyat və idarəetmə sisteminə daxildir və düşmən hədəflərinin (havada, yerdə, suda) aşkarlanması, məhvetmə vasitələrinin onlara tuşlanması və yaxud onların ələ keçirilməsi üçün nəzərdə tutulur. Belə sistemlər hərbi əməliyyatlarda istifadə üçün nəzərdə tutulur.

- Yeri gəlmişkən, döyüş fəaliyyətləri haqqında. Dağlıq ərazilərdə bu qırıcılar nə qədər effektivdir?

- Çox güclü avionika paketinə və gündüz/gecə hədəfalma imkanlarının mövcudluğuna görə, JF-17 dağlıq ərazilərdə dəqiq hava əməliyyatları həyata keçirə bilir. Bu imkanlar dağlıq ərazilərdə terrorçulara qarşı müharibədə artıq Pakistan ordusu tərəfindən sınaqdan keçirilib.


- Azərbaycandan başqa hansı ölkələr bu qırıcılara maraq göstərir?

- Bildiyimə görə, Misir, İran, Birma, Malayziya artıq onlara maraq göstərib. Misir və İranın bu qırıcıları böyük miqdarda alacağı ehtimal edilir.

- Pakistan istehsalı olan başqa hansı hərbi məhsullar Azərbaycan üçün maraqlı ola bilər?

- JF-17-dən başqa Pakistan Azərbaycanın quru qüvvələri üçün öz istehsalı olan müxtəlif hərbi texnikaları təklif edə bilər. Ətraflı məlumat üçün Pakistan ordusunun Baş Qərargahına müraciət edin. Pakistanın öz dostlarına təklif edəcəyi məhsulları daim mövcuddur.

Bəhram Batıyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pakistan   HHQ   JF-17  


Bizi "telegram"da izləyin