Silahlanmamızda olan BMD-1 və BMP-1-lər necə modernləşdirilməlidir? – ANALİZ (HƏRBİ EKSPERT)

2019/01/2-1547462027.jpg
Oxunub: 2698     14:24     14 Yanvar 2019    
1968-ci ildən BMD-1 (Desantın Döyüş Maşını-1), 1974-cü ildən isə BMP-1 (Piyadanın Döyüş Maşını-1) Sovet ordusunun silahlanmasına qəbul edilib. BMD-1 üzən tırtıllı döyüş vasitəsi hava desant qoşunlarının tərkibində istifadə üçün nəzərdə tutulurdu və An-12, An-22, o cümlədən İl-76 hərbi nəqliyyat təyyarələrindən həm paraşütlə, həm də enmə üsulu ilə əməliyyat rayonuna çatdırıla bilirdi. BMP-1 isə motoatıcı birlik və hissələrin həm hərəkət, həm də atəş gücünü artırmaq üçün nəzərdə tutulurdu.

Hazırda az sayda olsa da həm BMP-1, həm də BMD-1 vasitələri Azərbaycan Müdafiə Nazirliyinin balansında mövcuddur.

Bu vasitələrin yaxın gələcəkdə ciddi şəkildə və dərindən yenilənməsi, daha müasir silah moduluna sahib olması istisna edilmir. Onların yeni silah modullarına, müasir gecə və gündüz nişangahlarına, rəqəmsal rabitə və idarəetmə vasitələrinə sahib olacağı gözlənilir. MSN-nin nisbətən mətbuata qapalı olduğunu hesaba alsaq, bəlkə də artıq bu layihənin icrasına başladığını da iddia etmək olar. Bu vasitələrin yenilənməsi Ordumuzun zirehli arsenalının əhəmiyyətli dərəcədə güclənməsinə, döyüş potensialının və atəş gücünün artmasına səbəb olacaq.

Daha dəqiq və müasir silah sistemi və artan universal imkanlar, Sovet İttifaqından Azərbaycana miras qalan bu texnologiyaların həm ömrünü uzadacaq, həm də atəş gücünü artıracaq. Çox da böyük vəsaitlər xərcləmədən qısa müddətdə Dağlıq Qarabağ coğrafiyası üçün ideal hesab edilən texniki vasitələrə sahib olmaq üçün real imkanlarımız mövcuddur və bu imkandan yaralanmaq vacibdir.

Yenilənən tırtıllı döyüş maşınlarına taktiki səviyyədə inteqrasiya edilən avtomatlaşdırılan idarəetmə sistemi (AİS) ilə bərabər yerli istehsal top və pulemyotların quraşdırılması daha da məqsədəuyğun hesab edilir.

Təbii ki, bu və ya digər səbəbdən müasir tələblərə cavab verməyən vasitələr silahlanmadan silinməsi əvəzinə ixtisaslaşmış müəssisələrdə (özəl sektorda da ola bilər) modernləşdirilməlidir. Bu həm Müdafiə Nazirliyinin nəqliyyat vasitələri parkının inkişaf etdirilməsinə, həm yerli texniki personalın peşəkar səviyyədə yetişdirilməsinə, həm də vəsaitlərə qənaət edilməsinə səbəb ola bilər. Bu metodika mövcud maşınların şassisinin qorunmasını, eyni zamanda yeni tələblərə uyğun yenilənməsini və 1-ci eşalon birliklərinin ümumqoşun ehtiyat hissə və bölmələrinin tam zirehli vasitələrlə təminatına şərait yarada bilər. Düşünürəm ki, Müdafiə Nazirliyinin Zirehli Texnika Xidməti də bu barədə müəyyən planlara sahibdir.

Zirehli tırtılı vasitələrin yenilənmə və ya modernləşdirmə layihələri demək olar ki, müdafiə sənayesi inkişaf edən ölkələrin bir çoxu tərəfindən yerinə yetirilir. Bu istiqamətdə Türkiyə, Rusiya, Belarus, Ukrayna kimi tərəfdaş ölkələrlə əməkdaşlıq real nəticələr verə bilər. Yekunda isə müzey eksponatına çevriləcək təcrübəli maşınların ən azı 2 nümunəsini bərpa edərək silahlanmaya qaytarmaq mümkün olacaq.

Müxtəlif vəzifələr üçün nəzərdə tutulan yüngül zirehli vasitələr 1970-ci illərdə hazırlanıb. Uzun illər bu tırtıllı vasitələr müxtəlif sınaqlara cəlb edilib, layihənin digər modellərinin inkişafını təmin edib. Lakin bu maşınlar bir neçə il əvvəl öz resursunu tam istifadə edib və artıq nəzərdə tutulan birbaşa təyinatı üzrə istismar edilə bilmir.

Resursların tükəndiyi və gələcəkdə istifadəsinin mümkünsüzlüyü ilə əlaqədar zirehli avtomobil utilizasiyaya göndərilə bilərdi. Lakin artıq dünya praktikasında istismar müddətini başa vuran zirehli vasitələr, o cümlədən hərbi gəmilər də məhv edilmir, onlar əsaslı yenilənmələrə məruz qalır, müasir avadanlıqlar, idarəetmə sistemləri və silah modullarını qəbul edərək yenidən silahlanmaya qaytarılır. Buna görə də hərbi sənaye ümumilikdə layihələndirmədə universal və açıq arxitekturaya üstünlük verir.

Zirehli vasitələrin bərpası orijinal xarici görüntünü saxlayacaq, dəyişiklik əsasən silah bölməsinə aid olacaq. Yenilənmə layihəsində bəzi aqreqatların təmiri, bərpası və dəyişdirilməsi də təmin edilə bilər. Bu layihənin əsas məqsədi isə müasir silahlanma kompleksindən istifadə edərək maşının döyüş qabiliyyətini artırmaqdan ibarətdir.

Təkmilləşdirilən texnikalarda standart korpusu, mühərriki və hərəkətli hissəni saxlamaq vacibdir. Beləliklə, yeni maşınların inkişaf etdirilən ön proyeksiyası da daxil olmaqla, bütün hissələrinin güllə qorunmasına diqqət yetirilməlidir.

300 at gücündə olan UTD-20 dizel mühərriki istənilən hərəkətliliyi təmin edə bilir. Burada dəyişikliyə ehtiyac yoxdur, çünki bu mühərriklər kifayət qədər güclü hərəkət imkanlarına malik olmaqla yanaşı transmissiya, sürətlər qutusu və baş friksion ilə tandemdə məhsuldar çalışır. Tırtıl çarxı müxtəlif maneələri dəf etməyə, əlavə su mühərriki isə suda hərəkət etmək funksiyalarını saxlamağa imkan verəcək. Bəzi xırda xüsusiyyətlər istisna olmaqla, həm BMP, həm də BMD şassisi Dağlıq Qarabağ hərbi əməliyyatlar teatrının mövcud tələblərinə tam cavab verir və xidmətə davam edə bilər.

Lakin eyni fikirləri idarəetmə və rabitə sistemi, nişangahlar, sabitləşdirici, silah komponenti haqqında söyləmək mümkün deyil. Bu sistemlər artıq müasir tələblərə çavab vermir və mütləq yenilənməlidir. Belə bir yenilənmə artıq bəzi ölkələrdə həyata keçirildiyi üçün uzunmüddətli layihələndirmə prosesinə zərurət də yaranmayacaq.

Yerli özəl sektorun da müəyyən komponentlərin istehsalına cəlb edilməsi dövlət müəssisələrin daha aktiv fəaliyyətinə səbəb ola bilər. Qorunmanın artırılmasını real hesab etmirəm, çünki şassinin əlavə yüklənməsi, mühərrikin hərəkət imkanlarına mənfi təsir göstərə bilər, zəif manevr isə dağlıq ərazilərdə, xüsusilə yoxuşlarda ciddi problemlər yarada bilər. Təkmilləşdiriləcək standart tırtıllı gövdənin hər hansı bir əlavə zirehli qorunma almasını da məqsədəuyğun hesab etmirəm.

Həm BMP-1 piyada, həm də BMD-1 desant döyüş vasitələrinə qarşı irəli sürülən əsas iradlardan biri köhnələn silahlarla bağlıdır. Bu texnikanın əsas silahı artıq cari tələblərə cavab verməyən 73 mm yivsiz 2A28 "Qrom" topudur. Uzun müddət aktiv istifadəçisi olduğum 73 mm topların mexaniki doldurulması, 15 dərəcədən ibarət qalxma bucağı, zəif dəqiqliyi, aşağı atəş tezliyi, yaxın hədəf məsafəsi, nişangahların, xüsusilə gecə görmə cihazlarının məhdud imkanları daim narahatçılıq yaradan faktorlardan yalnız bir neçəsidir. Bu topların texniki xüsusiyyətlərində atəş məsafəsi 1300 metr yazılsa da, reallıqda 500 metrdən uzaq məsafədə zirehli vasitəyə təsir və ya nüfuz etmək imkanına sahib deyil. Belə bir zəif topa malik qabaritli vasitə, özü də istəmədən döyüş meydanında düşmən texnikaları üçün "hazır yemə" çevrilir. Bu səbəbdən də həm BMP-1, həm də BMD-1 zirehli və tırtıllı vasitələrinin modernləşdirilməsinə dair bütün yeni layihələr, silah modulunun və ya ümumilikdə döyüş bölməsinin bütövlükdə dəyişdirilməsini nəzərdə tutmalıdır.

Əsas silah moduluna Müdafiə Sənayesi Nazirliyinin seriya istehsalına başladığı 30 millimetrlik AT-30 avtomatik topunun yerləşdirilməsi ideal variant olaraq dəyərləndirilməlidir. Avtomatik rejimdə 500-dən az olmayaraq, aşağı templə isə 300 mərmi atması bu topun atəş imkanlarını daha da genişləndirir. Silahın 115 kiloqram çəkisi şassinin kütləsinə də ciddi təsir göstərmir. Təbii ki, topun doldurulma mexanizmində, nişangah və idarəetmə sistemində müvafiq dəyişiklik zəruridir, lakin bu mümkün prosesdir və həyata keçirilməsi vacibdir.

Əfqanıstanda 1300, Çeçenistanda 100, Dağlıq Qarabağda 100, Suriyada 700, Ukraynada isə 500-dən çox məhv edilən BMP 1/2 və BTR arasında 1-ci seriyaların əksəriyyət təşkil etməsinin də əsas səbəbləri yuxarıda sadalanan faktorlardır. Tək bir fərqi qeyd etmək lazımdır ki, İraq mühəribəsində 2500 metrdən 25 mm "Buşmaster" topuna sahib maşınlar, 500 metr məhvetmə məsafəsinə malik BMP-1 üçün əsas qənimə çevrilirdi. Digər konfliktlərdə isə uzaqmənzilli BMP-2 və tanklar, BMP-1 və BMD-1-lərin əsas qatilləri idi. Deməli modernləşdirmə prosesi yeni tırtıllı vasitələrə həm keçmişdəki qatillərinə, həm də mövcud və gələcək təhdidlərə qarşı effektiv mübarizə aparmaq üçün imkan yaratmalıdır. Həm Əfqanıstanda, həm Çeçenistanda, həm də Dağlıq Qarabağda əl qumbaraatanları 200 metr məsafədən BMP-1 maşınlarına istənilən nöqtədən nüfuz edə bilirdi. Nəticədə sadə bir qumbaraatan 11 nəfərdən ibarət ekipaj və desantı məhv edirdi. Sonradan Əfqanıstanda və Çeçenistanda qaydalara zidd olaraq, desantı BMP-1 uzərində yerləşdirməyə qeyri-rəsmi icazə verdilər. Bu zaman ölüm halları azalsa da kontuziya halları artdı. Dağlıq Qarabağda isə desantın döyüş əməliyyatları çərçivəsində BMP-lərdə daşınması demək olar ki, istisna edildi. Bu şəxsi heyət arasında itkiləri azaltsa da, texnikaların özünün qorunmasını təmin etmədi. 7.62 mm nisbətən qorunan (arxa qapılar xaric) BMP-1, 12.7 mm mərmilər qarşısında (ön tərəf xaric) həssasdır. Əlavə zirehlə gücləndirilməsinə ciddi ehtiyac var, lakin bunu kütlə parametlərinin mühərrik gücü ilə mütənasibliyini nəzərə alaraq və ya kompozit materiallardan istifadə etməklə reallaşdırmaq vacibdir.

Çünki, kütlə parametrlərinin həddən çox artması həm yoxuşlarda manevrin zəifləməsinə, həm də maşının üzmə qabiliyyətini itirəcəyinə səbəb ola biləcəyi şübhəsizdir.

Ümumiyyətlə, standart olaraq tankların dəstəyi olmadan yüngül zirehli texnikaların hücumda müstəqil istifadəsinin əksər halda uğursuzluqla nəticələndiyini unutmamalıyıq. Lakin gələcək hərbi əməliyyat teatrı heç də bütün ərazilərdə tankların istifadəsinə imkan vermir və ya bu istifadəni məhdudlaşdırır. Deməli bu tırtıllı vasitələrin daha uzun müddət döyüş meydanında fəaliyyətini təmin etmək üçün digər alternativ variantlardan istifadə edilməlidir.

Bu variantlardan biri kimi yüngül zirehli vasitələrin üzərinə 4 və ya 8 km məsafədə zirehli texnikaları məhv edə bilən "atdım-unutdum" texnologiyalı "Spike-MR" və ya "Spike-ER" TƏİRK kompleksinin yerləşdirilməsi, ideal variantda isə hər iki kompleksdən bir atıcı qurğunun yerləşdirilməsi döyüş sahəsində bu texnikaların "tank qurbanından" "tank qatilinə" çevrilməsinə səbəb olacaq.

"Spike" raketləri artıq zirehi olmayan dəmir-beton mühəndis qurğuları kimi hədəflərə qarşı mübarizə qabiliyyətinə malikdir.

Yeni nəsil "Spike" LR soyudulmayan termal sensor sayəsində daha dəqiq görüntülər əldə edir, aktivləşməyə daha az zaman sərf edir, atəş tapşırığını təxirə salmağa və raketi yenidən istifadə etməyə imkan verir. Sadəcə bir düymənin köməyi ilə operator betona qarşı rejimə keçərək raketin divara nüfuz etdikdən sonra daxildə detonasiya etməsini təmin edir. Bu, isə tankəleyhinə versiyanın funksional rahatlığını böyük dərəcədə artırır. Əlavə olaraq, operator raketin döyüş başlığının havada və ya bunkerdə partlaması rejimini də seçə bilər.

Bütün bu funksiyalar "Spike" TƏİRK-dən tank, gəmi, piyada və bunker əleyhinə effektiv taktiki qərarlar qəbul etmək üçün istifadə edilməsini mümkün edir. Raket qəlpəli zirehdələn döyüş başlığı ilə də təmin oluna bilir. Bu isə inşaat obyektinə, məsələn komanda məntəqəsinə və ya gəmiyə nüfuz etdikdən sonra daxildə güclü qəlpəli fuqas təsiri yaradır.

"Spike" raketi hazırda qəlpəli zirehdələn döyüş başlığı ilə də modernləşdirilib. Tuşlama sistemi hədəfləri yüksək dəqiqliklə məhv etməyə imkan verir, bu isə xərclərin azaldılmasına səbəb olur. Bütün bu üstünlüklər bir daha zirehli vasitələrin bütün mümkün modellərində bu komplekslərdən istifadəni zəruri edir.

Qüllə üzərindəki yeni silah modulunda tüstü qumbaraatanlarının və düşmən atəşindən yayınmaq üçün TDA kimi tüstü yaratma vasitələrinin yerləşdirilməsi zəruridir. Gecə görmə cihazlarının imkanları hər iki rejimdə istifadədə olan silahların atəş məsafəsini artıqlaması ilə əhatə etməlidir.

Texnikanın sırf yerli AT-30 topu və cütləşdirilən PKT pulemyot ilə əvəzlənməsi, eyni mərmilərin bir neçə növ texnikada istifadəsi sursat istehsalında və qoşunların bütün səviyyələrdə sursat eşalonlaşdırılmasında müəyyən üstünlüklərinə səbəb olacaq. Atəşi idarəetmə sistemi (AİS) iki müstəvili sabitləşdiricidən ibarət olmalıdır. Bu silah və sistemlərlə yenilənmə müasir BMP-1-ə ilkin konfiqurasiya maşınları üzərində nəzərəçarpan üstünlüklər verəcək. Nəzərdə tutulan atəş diapazonu və səmərəliliyi əhəmiyyətli dərəcədə artaraq, topa yüksək hündürlük bucaqları altında belə yer və hava hədəflərinə hücum etmək imkanı verəcək. Qısası atəş xüsusiyyətləri baxımından təkmilləşdirilən BMP-1, əsas komponentlərin mənbəyi kimi xidmət edən yeni bir BMP-2 və ya BTR-82A zirehli personal daşıyıcısının birbaşa və daha güclü analoqu ola biləcək. Eyni zamanda maşın yüksək hərəkət xüsusiyyətlərini və üzmə imkanlarını qoruya biləcək. Bu vasitələrdə hədəflərin avtomatik müşayiət sisteminin tətbiqi çox vacibdir.

Digər tərəfdən piyada döyüş maşınının şassisi BTR-82A-dan daha ağır, daha geniş və daha sabitdir, buna görə də bu texnika atəş açarkən çox yırğalanmır. Bu isə atəş dəqiqliyinə və effektiv atəş məsafəsinə müsbət təsir edir. Bundan əlavə, yüksək keçicilik qabiliyyətinə malik tırtıllı şassi, ağıllı TƏİRK ilə təchiz edildikdə, tanklarla eyni döyüş sırasında fəaliyyət göstərməklə bərabər, həm də tankların döyüş dəstək maşını funksiyasını yerinə yetirə biləcək.

Mövcud avadanlıqların yenidən qurulmasının yaxın zamanlarda başlaması vacibdir. Ümumiyyətlə, yüngül zirehli vasitələrin ağıllı TƏİR ilə təchizatı sürətləndirilməlidir. Təcrübə bu raketlərin istənilən istiqamətdə döyüşün gedişinə həllledici təsir göstərdiyini sübut edib. Bu komplekslərin müstəqil və ya birgə istehsalı üçün ciddi addımlar atılmalıdır. Çox sayda dövlətlərin illərdir ki, istehsal etdikləri məhsulları təkrar bazara çıxarmaq, yeni müştərilərin cəlb edilməsi baxımından az effektli ola bilər. Lakin yeni və müasir texnologiyalara əsaslanan, döyüşlərdə yüksək məhvetmə əmsalı və dəqiqlik nümayiş etdirən komplekslərin istehsalı ən azı yaxın 15 ildə alıcı baxımından problemlə qarşılaşmayacaq. Bu tip texnologiyaların istehsalının ilkin mərhələsində İsrail, Pakistan, Türkiyə və s. kimi tərəfdaş ölkələrin təcrübəsindən yararlanmaq mümkündür.

Bütün bu yenilənmələr, yeni piyada və desant döyüş maşınlarına həm effektiv tank əleyhinə kompleksin, həm də əhəmiyyətli zenit vasitəsinin xüsusiyyətlərini özündə birləşdirən universal vasitəyə çevrilməyə imkan verəcək. Yenilənən yüngül zirehli vasitələr, düşmənin canlı qüvvəsi, yüngül zirehli, zirehsiz texniki vasitələrlə yanaşı onun tankları ilə də effektiv mübarizə apara bilər. Bunlardan əlavə AT-30 topları yenilənən tırtıllı vasitələrə düşmənin aşağıdan uçan hücum helikopterlərini və pilotsuz uçan aparatlarının müxtəlif modellərini məhv etməyə imkan verəcək.

Düşünürəm ki, illərlə utilizasiya gözləyən zirehli vasitələrə ikinci həyat verərək onların döyüş potensialını 2-3 dəfə, atəş gücünü isə 3-4 dəfə artırmaq, yeni vasitələrin alınmasından və 10-15 ildən sonra onların arsenaldan silinməsindən daha məntiqlidir. Yeni vasitələr alınmalıdır və alınır. Lakin qısa müddətdə alınan müasir texnologiyaların analoqlarının yaradılması və əvvəlki vasitələrdə tətbiq edilməsi də çox əhəmiyyətlidir.

Digər tərəfdən isə ölkəmizin çoğrafiyası həm Ordumuzu, həm də müdafiə sənayemizi yüksək inkişaf templərini saxlamağa məcbur edir. Buna görə də yaxınlarda müdafiə sənayesinin daha çox avadanlıqları yeniləməyə imkan verən yüksək templi fəaliyyətləri istisna olunmur.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: BMD-1   BMP-1   Azərbaycan-Ordusu   MSN  

Silahlanmamızda olan BMD-1 və BMP-1-lər necə modernləşdirilməlidir? – ANALİZ (HƏRBİ EKSPERT)

2019/01/2-1547462027.jpg
Oxunub: 2699     14:24     14 Yanvar 2019    