Artilleriya sursatları: Dəqiqlik və məsafə durmadan artır (FOTOLAR)

2018/11/45645-1541486455.jpg
Oxunub: 1607     10:38     06 Noyabr 2018    
Birbaşa hədəflə əlaqəsi olmayan zərərin aradan qaldırılması, maddi-texniki təminatın sadələşdirilməsi və hədəfə çatma vaxtının azaldılması - idarəolunan sursatların çoxsaylı üstünlüklərinin bir hissəsidir.

"Nammo" şirkətinin təqdim etdiyi 155 mm-lik "Extreme Range" hava-reaktiv mühərrikli mərmi uçuş məsafəsini 100 km-ə qədər artırıb. Bu mərmi artilleriyada oyun qaydalarını dəyişən bir amil ola bilər

Buraya uzaq bir atəş məsafəsini də əlavə etsəniz, bu cür mərminin artilleriya və komandirlər üçün nə qədər qiymətli olduğu aydın olar. İdarəolunan döyüş sursatlarının əsas çatışmamazlığı idarəolunmayan sursatlarla müqayisədə daha baha olmasıdır. Əslində fərqli mərmilərin müqayisəli qiymətləndirilməsi tamamilə düzgün də deyil. Hədəfə endirilən zərbə təsirlərinin ümumi dəyərini hesablamaq lazımdır, çünki bəzi hallarda atəş tapşırığının yerinə yetirilməsi üçün standart sursatlardan əhəmiyyətli dərəcədə daha çox sayda atəş açmaq lazım gəlir, bəzən isə müəyyən tapşırıqları idarəolunmayan sursatlarla yerinə yerinə yetirmək mümkün olmur.

"Excalibur IB" idarəolunan mərmi müasir hərbi əməliyyatlarda geniş istifadə olunur. Hazırda 14000 çox belə mərmilərdən atəş açılıb

Dəqiqliyin artırılması

Hazırda idarəolunan sursatların əsas istehlakçısı ABŞ Silahlı Qüvvələridir. Döyüş əməliyyatlarında ordu bu cür minlərlə mərmilərdən istifadə edib, indi isə HDQ öz növbəsində bu cür qabiliyyətləri əldə etməyə çalışır. "Zumwalt" sinifindən olan "DDG 1000" esminesində quraşdırılan Mk51 AGS (Advanced Gun System) qurğusundan atəş açmaq üçün nəzərdə tutulan 155 mm LRLAP (Long Land Land Attack Projectile) mərmi layihəsi yüksək dəyəri səbəbindən bağlandı, lakin ABŞ donanması özünün AGS və 12.7 mm Mk45 topu üçün idarəolunan mərmi tapmaq cəhdlərindən hələ də imtina etməyib.

"BAE Systems" şirkəti artilleriya sahəsində çoxsaylı proqramlar üzərində çalışır. Bunlar arasında standart toplardan və relsotrondan atəş açmaq üşün "High Velocity Projectile" layihəsi də yer alır

ABŞ Dəniz Piyada Korpusu 2019-cu ildən başlayaraq, 65-dən 95 km-ə qədər məsafədə GPS siqnalından istifadə etmədən hədəfə çatmağı bacaran döyüş sursatı əldə etmək məqsədi ilə MTAR (Moving Target Artillery Round) proqramını tətbiq etməyə hazırdır. Gələcəkdə geniş diapazonlu idarəolunan mərmilər proqramını həyata keçirən ERCA (Extended Range Cannon Artillery) layihəsi ABŞ Ordusunun maraq dairəsinə daxildir. Bu proqram uzunluğu 39 kalibr olan mövcud sistemləri 52 kalibrə dəyişməklə paralel olaraq daha geniş diapazonlu mərmilər tətbiq edərək atəş məsafəsini 2 dəfə artırmağı nəzərdə tutur.

Avropa da bu tendensiyaları təqib edir, bir çox şirkət uzaq mənzilli və idarəolunan sursatlar hazırlayır. Avropa orduları bu sursatları maraqla izləyir, bəzilərini isə yaxın gələcəkdə silahlanmaya qəbul etməyi planlaşdırır.

Ən çox yayılan 155 mm-lik "Excalibur" mərmərindən başlamaq doğru olardı, çünki onların 14000-dən çox nümunəsi döyüşlərdə istifadə edilib. "Raytheon" şirkətindən verilən məlumata hazırda istehsal edilən "Excalibur IB" mərmiləri komponentlərin sayını və qiymətini azaldaraq özündə orijinal mərmilərin xüsusiyyətlərini saxlayır, 96%-dən çox etibarlılığı təmin edir, hətta çətin şəhər şəraitində uzunluğu 39 kalibr toplardan 40-km maksimum məsafəyə atəş açarkən 4 metr maksimum yayınma dəqiqliyini təmin edir. 2019-cu ilin büdcəsində ABŞ ordusu 1150 "Excalibur" mərmisinin alınması üçün əlavə vəsait də tələb edib.

"Orbital ATK"də hazırlanan PGK (Precision Guidance Kit) yüksək dəqiqlikli tuşlama dəsti partlayıcı əvəzinə 155 mm-lik artilleriya mərmisinə bağlanır, GPS sistemi və burun sükanları onu yüksək dəqiqliklə idarə etməyə imkan verir

İkirejimli özütuşlanan başlıqlar

Mövcud versiya ən yaxşı variant olsa da, "Raytheon" dayanmaqdan çox uzaqdır. Sistemlərini təkmilləşdirən şirkət daha mürəkkəb ssenarilərə və yeni təhdidlərə cavab verə biləcək modellərin müəyyənləşdirilməsinə çox yaxındır. GPS siqnalının basdırılması bir neçə istiqamətdə sınaqdan keçirilib və nəticədə mərminin təkmilləşən maneələrə qarşı imkana malik ikirejimli özütuşlanan başlığa malik versiyası yaranıb. Yeni "Excalibur S" sursatı hədəfə həm GPS siqnalları, həm də yarımaktiv lazerə malik özütuşlanan başlıq vasitəsilə yönəldiləcək. Şirkət öz potensial müştəriləri ilə son konfiqurasiyanı müzakirə edir, hazır olma tarixləri barədə isə dəqiq məlumat yoxdur.

Traektoriyanın son mərhələsində idarəetməni nəzərdə tutan digər bir ikirejimli versiya da hazırlanır. "Raytheon" nümayəndəsinin sözlərinə görə, hələlik onun adı məlum deyil və inkişaf səviyyəsinə görə "S" variantından çox geridə də deyil. Həmçinin çox rejimli özü tuşlanan başlıq variantı da araşdırılır. Tuşlama inkişaf edə biləcək yeganə komponent deyil. Ordu "Raytheon"dan lüləli artilleriyanın atəş məsafəsini artırmağı tələb edir. Bundan əlavə yeni döyüş sursatları, məsələn, tank əleyhinə mərmilər də gündəmdədir. Bu layihələr DPK-nın artıq qeyd olunan MTAR layihəsinə cavab da hesab oluna bilər. ABŞ Hərbi Dəniz Qüvvələrinə gəldikdə isə onlar 2018-ci ilin yazında Mk45-ə uyğunlaşdırılan "Excalibur N5" mərmilərinin 127 kq-lıq versiyasının atəşlərini nümayiş etdirdi. HDQ 26 dəniz mili (48 km) atəş məsafəsi tələb edir, lakin şirkət bu rəqəmə, hətta artığına nail olacağına əmindir.

"Raytheon" kompaniyası ABŞ bazarından daha kiçik olmasına baxmayaraq ixrac potensialına da maraqla baxır. Hazırda, "Excalibur" sursatları "PzH200", "Artur", G6, M109L47 və K9 kimi 155 mm-lik artilleriya sistemləri ilə sınaqdan keçirilir. Bundan əlavə, "Raytheon" şirkəti "Caesar" və "Krab" özüyeriyən artilleriya qurğuları ilə uyğunlaşdırılma üzərində işləyir.

Son zamanlarda atəş dəqiqliyi artırmaq üçün "Nexter" istehsalı olan "Spacido" proqramlaşdırılan aerodinamik əyləcin kvalifikasiya sınaqları tamamlandı

"Orbital ATK" ("Northrop Grumman" tərkibinə daxildir) tərəfindən hazırlanan M1156 PGK dəqiq tuşlama dəsti ilə təchiz olunan 155 mm sursatların miqdarı və döyüş əməliyyatlarında istifadə edilməsi barədə dəqiq məlumat yoxdur. İlk seriya partiyası bu ilin fevral ayında buraxılıb. GPS tuşlamaya əsaslanan 25000-dən çox bağlanan sistem də istehsal edilib. İki ay sonra ABŞ Müdafiə Nazirliyi, "Orbital ATK" ilə 146 milyon dollarlıq müqavilə imzaladı və bu da PGK dəstləri ilə təchiz edilən mərmilərin istehsalının 2021-ci ilədək uzadılmasına imkan verdi.

PGK, standart partlayıcı əvəzinə mərminin burun hissəsində GPS anteni (SAASM - Selective Available Anti-Spoofing Module), onun arxasında isə dörd əyri kiçik sabit burun stabilizatoru quraşdırılıb. Ondan sonra isə məsafədən idarə edilən partlayıcı yerləşdirilib. Proqramlaşdırma EPIAFS-dan (Enhanced Portable Inductive Artillery Fuse-Setter - Artilleriya partlayıcılarının təkmilləşdirilən portativ induksiya qurğusu) istifadə edərək həyata keçirilir, eyni cihaz "Excalibur" mərmilərinin proqramlaşdırılmasında da kompüterə bağlanır.

"Orbital ATK" PGK və snayper sursatlarının inkişafında öz təcrübəsindən istifadə edərək, 127 mm-lik PGK-Aft dəniz mərmərini hazırlayır. Burada isə tuşlama elementi quyruq hissəsində yerləşdirilir

Mərmilər daha böyük və daha yaxşıdır

PGK dəsti ilə təcrübəsinə əsaslanan "Orbital ATK" hazırda Mk45 topu üçün idarə olunan döyüş sursatı üzrə donanma proqramı çərçivəsində 127 mm-lik bir mərmi hazırlayır. Şirkət öz təşəbbüsü ilə PKG-Aft mərmisinin dəqiqliyi və məsafəsi ilə bağlı imkanlarını donanmaya nümayiş etdirmək istəyir.
Bu qurğu haqqında bəzi məlumatlar məlumdur, məsələn onun adı tuşlama sisteminin burunda deyil, mərminin quyruq hissəsində quraşdırılacağından xəbər verir, lakin silahın lülə yüklərinin aşılmasına qarşı texnologiya birbaşa PGK sistemindən götürülüb. Bu qərarın əsasını ATK tərəfindən 12.7 x 99 mm EXASTO (Extreme Accuracy Missioned Ordnance - ən dəqiq sursat) mərmisi üçün DARPA ilə birlikdə aparılan araşdırma təşkil edir. Quyruq elementi həmçinin, tələb edilən 26 dəniz milinə qədər məsafəni artıracaq raket mühərrikinə malik olacaq, son traektoriya mərhələsində özütuşlanan QSN başlıq isə bir metrdən az yayınma ehtimalını təmin edəcək. Bu başlığın tipi haqqında heç bir məlumat yoxdur, lakin şirkət bəyan edir ki, PGK-Aft, silah sistemini əsaslı dəyişikliklərə məruz qoymadan bütün mərmi çaplarından birbaşa və dolayı tuşlama atəş imkanı ilə müxtəlif müasir özütuşlanan başlıqları dəstəkləyir. Yeni mərmi də məhvetmə elementləri olan qabaqcıl döyüş başlığı ilə təchiz olunur. 2017-ci ilin dekabrında "Orbital ATK" 155 mm PGK-Aft prototiplərinin uğurlu döyüş atışlarını həyata keçirdi və hazırda PGK-Aft dəsti ilə 127 mm-lik yüksək dəqiqlikli mərmilərin istehsalını həyata keçirir.

"BAE Systems" PGK-M (Precision Guidance Kit-Modernised) dəsti üzərində işləyərək manevr və radiomaneə əleyhinə qabiliyyətlərini artırır. Sonuncu qabiliyyət anten sistemi ilə birlikdə GPS əsaslı naviqasiyaya malik tuşlama blokunun fırlanmasının sabitləşdirilməsi ilə əldə edilir. Şirkətin məlumatına görə, dairəvi ehtimal edilən yayınma 10 metrdən azdır, mərmi hədəfləri böyük hücum bucaqlarında da məhv edə bilir. 200-dən çox sınaqdan sonra mərmi, alt sistemlərin inkişaf mərhələsindədir. "BAE Systems" 2018-ci ilin yanvar ayında bu dəsti seriya nümunəsinə qədər çatdırmaq üçün müqavilə imzalayıb. PGK-M dəsti 155 mm-lik M795/M549A1 sursatları və M109A7/M777A2 artilleriya sistemləri ilə tam uyğundur.

Gələcəkdə "Nexter" şirkətinin "Katana" ailəsinə məxsus ikinci üzvü "Katana Mk2a" peyda olacaq. Onun fəaliyyət radiusu təchiz edildiyi qanadlar hesabına iki dəfə artacaq. Lazer tuşlama ilə versiya yalnız hərbçilər sifariş verdikdən sonra hazırlanacaq

ABŞ kreyserlərinin göyərtəsində

155 mm-lik AGS (Advanced Gun System) topu üçün hazırlanan LRLAP (Long Range Land Attack Projectile) mərmisi üzrə layihəni bağlamaq qərarı alındıqdan sonra, bu top üçün heç bir mərminin dəyişdirilmədən uyğun olmayacağı məlum oldu. 2017-ci ilin iyun ayında "BAE Systems" və "Leonardo" şirkətləri "Vulcano" ailəsinin AGS və Mk45 gəmi silahları da daxil olmaqla müxtəlif silah sistemləri üçün yeni modifikasiyaların bazasındakı müasir yüksək dəqiqlikli sistemlər sahəsində əməkdaşlıq etdiklərini elan etdilər. İki şirkət arasındakı anlaşma memorandumu bütün artilleriya sistemlərinin inkişafını, hər biri sistem üzrə ayrı bir razılaşma imzalanmasını təmin edir. Hazırda iki gəmi topu ilə bağlı müqavilə imzalanıb, lakin müqavilə gələcəkdə M109 və M777 kimi yerüstü sistemləri də əhatə edə bilər.

"BAE-Leonardo" qrupu bu ilin yayında Mk45 topundan "Vulcano GLR GPS/IMU" mərmiləri ilə atəş keçirərək onların uyğunluqlarını nümayiş etdirdi. ABŞ Hərbi Dəniz Qüvvələri idarəolunan, uzaqmənzilli və yüksək dəqiqlikli sursatlara ehtiyac duyur və "Vulkano" ailəsinin mərmiləri də bu tələblərə cavab verir.

"Vulkano" ailəsi müvafiq olaraq, 127 mm və 155 mm çaplı dəniz və yerüstü sursatların paralel aparılan kvalifikasiya prosesini tamamlamağa yaxındır. Almaniya və İtaliya arasında bağlanan hökumətlərarası müqaviləyə əsasən, idarəolunan varianta Almaniyanın "Diehl Defence" şirkətinin istehsal etdiyi GLR (Guided Long Range) yarımaktiv lazer başlığın kvalifikasiya prosesi hər iki şirkət tərəfindən bərabər şəkildə maliyyələşdirilir, idarəolunmayan BER (Ballistic Extended Range) versiyası isə yalnız İtaliya tərəfindən maliyyələşdirilir. "Vulcano" sursatlarının bütün istismar sınaqları müvəffəqiyyətlə başa çatdırılıb. Hazırda 2018-ci ilin sonuna qədər başa çatdırılacaq təhlükəsizlik sınaqları keçirilir. "Leonardo" artıq seriya istehsalına başlamaq üçün hazırlıqlarını başa çatdırır. Tammiqyaslı istehsalın başlanması 2019-cu ilin əvvəllərində planlaşdırılır.

"Leonardo" 127 mm və 155 mm-lik toplar üçün "Vulkano" ailəsinin uzaqmənzilli və idarəolunan sursatlarının son hazırlıq mərhələsindədir

2017-ci ildə İtaliya gəmisindən modifikasiya olunan 127 mm-lik 54 kalibrli topdan 127 mm-lik "Vulcano GLR" mərmisi ilə döyüş atışları keçirildi. 2018-ci ilin əvvəlində isə eyni sursatlarla FREMM freqatına quraşdırılan yeni 127/64 LW topundan atəş açıldı. İlk dəfə mərmilər topun daxilindəki döyüş idarəetmə sistemindən verilən məlumatlar əsasında proqramlaşdırılan induksiya sarğısı vasitəsilə gəminin revolver tipli xəzinəsindən verildi. Beləliklə yeni sistemin tam inteqrasiyası nümayiş etdirildi.

Yerüstü versiyasına gəldikdə isə, bu mərmilər özüyeriyən "PzH2000" haubitsasından atəş açılaraq yoxlanıldı və proqramlaşdırma portativ blok vasitəsilə həyata keçirildi. Hazırda Almaniya bu sistemi "PzH2000" haubitsasına inteqrasiya etməyi planlaşdırmır, çünki yarımavtomatik yükləyici sistemin müəyyən dəyişikliyi tələb olunur. İtaliyada isə mərmilər FH-70 155/39 çəkilən haubitsalada sınaqdan keçirildi.

"Vulcano" mərmilərinin atəş məsafəsinin artırılması kalibraltı həll yolu ilə həyata keçirilir, mərminin lülədə germetikliyini təmin etmək üçün altlıqdan (pallet) istifadə olunur. Partlayıcı dörd rejimdə quraşdırıla bilər: zərbə, gecikmə, müvəqqəti və hava partlayışı. BER mərmiləri 60 km-dən çox məsafəyə atəş aça bilər, GLR mərmiləri isə 127 mm çaplı bir topdan atəş edərkən 85 km, 155 mm/52 kalibrli topdan 70 km, 155 mm/39 kalibrli topdan isə 55 km məsafəyə zərbə endirə bilir. GLR mərmilərinin burun hissəsində partlayıcı, sonra mərmi uçuşunu tənzimləyən 4 ədəd idarəetmə rulları, ən sonda isə GPS/İMU bloku yerləşdirilir. Dəniz silahları üçün mərmilər infraqırmızı QSN başlıq ilə təchiz edilir, yerüstü hədəflərə qarşı isə yarımaktiv lazer QSN başlıqlı mərmilərlə atəş açılır. Bu başlıqlar aerodinamik müqaviməti bir az artırır və minimum səviyyədə məsafəni azaldır. Hazırda konfiqurasiya həqiqətən qəbul edilib və sınaqlar proqnozlaşdırılan məsafə və dəqiqliyi təsdiqləyib, lakin "Leonardo" əlavə müqavilə çərçivəsində lazerlə idarəolunan versiyanın yayınma əmsalının azaldılması üzərində işləyir və yeni tələblərə cavab verəcək versiyanı hazırlayacağına əmindir. Bu yeniliklər bütün "Vulkano" ailəsi üçün qəbul ediləcək, şirkət yarımaktiv QSN tuşlama başlığına sahib bir mərmi versiyasını istehsal etməyi də planlaşdırır.

İtaliya və Almaniya ilə yanaşı, Hollandiya da "Vulcano" mərmi proqramında müşahidəçi statusuna malikdir. Cənubi Koreya və Avstraliya da daxil olmaqla bir sıra digər potensial müştərilər bu mərmilərdən satın almağı düşünür. Son günlərdə Slovakiyanın "Konstrukta-Defence" şirkəti, "Leonardo" ilə "Vulcano" sursatlarının 155 mm-lik 52 kalibr uzunluğundakı "Zuzana 2" artilleriya sistemləri ilə inteqrasiyası haqqında müqavilə imzalayıb.

"İsrail Aerospace Industries" tərəfindən hazırlanan yüksək dəqiqlikli artilleriya partlayıcısı "TopGun"

"Nexter" 3D dünyasına daxil olur

"Nexter Ammunition" şirkəti 3D çap üsulu ilə hazırlanan 155 mm-lik sursat elementlərinin inkişaf etdirilməsini təmin edən təkamül proqramına başlayıb. İlk addım yüksək dəqiqlikli "Bonus" mərmisi olub. "Spacido" trayektoriya nizamlama dəsti növbəti addım idi. Bu ilin yayında şirkətdən bütün atəş sınaqlarını uğurla həyata keçirildiyini, kvalifikasiyanın başa çatdığını və sertifikat sənədlərinin rəsmiləşdirilməsi ilə məşğul olduqları bildirdilər.

Partlayıcı əvəzinə mərmiyə bağlanan "Spacido" məsafəyə görə yayınmanı azaldan aerodinamik əyləcdir. Kiçik "Doppler" radarı mərminin ilkin sürətini yoxlayır və traektoriyanın ilk hissəsinə nəzarət edir, radio-tezlik kanalı isə "Spacido"ya məlumat ötürülməsini təmin edir, onun kompüteri isə səpələnməni üç dəfə azaldan aerodinamik əyləcin aktivləşməsi zamanını dəqiq təyin edir. Qısası müdaxilədən qorunan "Spacido" əyləci iki dəfə bahadır, lakin onun sayəsində mərmi sərfiyyatı əhəmiyyətli dərəcədə azalır və öz qüvvələrinizə yaxın olan hədəflərə də dəqiq zərbə endirmək imkanı yaranır.

"Eurosatory 2018" sərgisində "Nexter" şirkəti "Katana" adlı yüksək dəqiqlikli, 155 mm-lik uzaq mənzilli artilleriya mərmilərinin yeni bir ailəsini nümayiş etdirdi. Yeni mərmilərin inkişafı 2016-cı ilin iyun ayında açıqlanan "Menhir" proqramı çərçivəsində həyata keçirilib. Bu proqram müştərilərin daha yüksək dəqiqlik və məsafə ehtiyaclarına cavab vermək üçün başladılıb. Fransa ordusu "şəhər artilleriyası" adlandırdığı sistemlər üçün yüksək dəqiqliyə ehtiyac duyur. "Katana Mk1" adlı mərmi burun hissədə dörd möhkəm sabit qanada malikdir. Onların arxasında isə IMU-GPS tuşlama blokuna birləşdirilən dörd ədəd nizamlama sükanı yerləşir. Quyruq pərləri də daxil olmaqla bütün qanadlar mərminin lülədən ayrılmasından sonra açılır. Hazırda mərmi texnoloji inkişaf mərhələsindədir. İlk atəş sınaqları Müdafiə Satınalmaları İdarəsinin nəzarəti altında həyata keçirildi. Bu proqramın məqsədi, ordunu 52 kalibr lülədən atəş zamanı 10 metrdən az yayınma ilə 30 km atəş məsafəsinə malik idarəolunan mərmi ilə təmin etməkdir. Qrafikə görə "Katana Mk1" mərmisi iki il sonra bazara çıxmalıdır. İkinci mərhələdə atəş məsafəsi 60 km-yə qədər artacaq ki, bu da "Eurosatory"də sərgilənən modeldən göründüyü kimi, qatlanan qanadlar əlavə etməklə əldə ediləcək. Onlar mərmini enmə sahəsində qaldırıcı qüvvə ilə təmin edəcəklər ki, bu da uçuş məsafəsini iki dəfə artıracaq. "Nexter" şirkəti digər rəqiblərini məsafə və döyüş başlığı kombinasiyası ilə geridə qoyaraq, bu mərmiləri daha ucuz qiymətə - 60 min avroya çatdırmaq niyyətindədir. "Katana Mk2a" adlı mərmi 2022-ci ildə mövcud olacaq.

İki il sonra ehtiyac duyulduğunda "Nexter" bir metr yayınma əmsalına malik 155 mm lazerlə idarəolunan "Katana Mk2b" mərmilərini inkişaf etdirə biləcək.

"Nexter" artan məsafə və dəqiq tuşlama ilə yanaşı, yeni materiallardan və 3D çapdan istifadə edərək yeni döyüş hissələri də hazırlayır

"Nexter" 3D çapdan və alüminyum tozu ilə doldurulan neylondan ibarət olan alümid materialdan istifadə edərək başlıq hazırlamaq texnologiyası üzərində çalışır. Bu öz qüvvələrinə yaxın bir hədəflərə atəş açdıqda zərərin radiusuna nəzarət etməyə imkan verir. Bu gün şirkət optik lif ilə partlayışın başlamasına nəzarət etmək məqsədilə optik-pirotexniki texnologiyalar üzrə tədqiqatlara başlayıb, lakin bütün bu işlər ilkin mərhələdədir və "Katana" mərmi proqramına daxil edilməyəcək.

"İsrail Aerospace Industries" kompaniyasının "TopGun" artilleriya partlayıcısının inkişafını tamamlamağa hazırlaşır. İki koordinatlı traektoriyada nizamlama yerinə yetirən bağlantılı sistem, adi mərmi ilə yayınmanı 20 metrə qədər azaldır.

Belə bir partlayıcı ilə 52 kalibr uzunluğunda topla atəş məsafəsi 40 km təşkil edir, tuşlama INS-GPS bloku tərəfindən həyata keçirilir. Proqram hazırda kvalifikasiya mərhələsindədir.

"Nammo" şirkəti də geniş sursat ailəsini istehsal edir. İlk sifarişçi isə 155 mm-lik 52 kalibrdə K9 "Thunder" özüyeriyən haubitsalarında sınaqlara başlayacaq Finlandiya oldu

Norveç

Norveç şirkəti "Nammo", yaxınlarda 155 mm uzunluğunda artilleriya sursatları üçün ilk müqaviləni imzaladı. Zəngin təcrübələrinə əsasən onlar xüsusi modul-qaz generatorunu hazırladılar. Eyni zamanda kiçik çaplı yüksək dəqiqlikli döyüş sursatlarının istehsal proseslərindən materialın və formanın yayınmasını minimuma endirmək məqsədi ilə istifadə edilib ki, nəticədə də hava axınında və kütlələrin paylanmasında dəyişikliklər minimuma endirilib.

Proqram Norveç Müdafiə Əmlakı İdarəsi tərəfindən qismən maliyyələşdirilsə də, ilk müştəri 2017-ci ilin avqustunda müqavilə imzalayan Finlandiya olub. 2019-cu ildə atəş sınaqları planlaşdırılıb. Standart mərmilərlə müqayisədə, geniş diapazonlu 155 mm-lik qəlpəli fuqas mərmilər 52 kalibr toplardan atəş edildikdə 40 km uça biləcək. "Nammo" Norveç ordusundan da sifariş gözləyir.

"Nammo" şirkətinin "Extreme Range" reaktiv mühərrikli 155 mm-lik bir mərmisinin yaxından görünüşü. Onun əsas komponenti aerodinamik hərəkət sistemidir və buna görə də mərminin burnunda heç bir sensor quraşdırılmır

"Nammo" şirkəti 155 mm-lik mərmiyə "Extreme Range" proqramı ilə düz axımlı hava-reaktiv mühərrikini tətbiq edərək radikal yeni texnologiyadan istifadə etməyə qərar verdi. Düz axımlı hava-reaktiv mühərrik əslində ən sadə reaktiv mühərrikidir, çünki irəli doğru hərəkət qarşıdan gələn hava axınını sıxmaq üçün istifadə edilir, mərkəzdənqaçma kompressoru bu prosesə cəlb edilmir, bunun üçün mühərrikdə hərəkət edən hissələr də yoxdur. Lazım olan minimum başlanğıc sürət 2.5-2.6 Maxa bərabərdir, standart 155 mm mərmi isə 52 kalibr lüləni təxminən 3 Max sürətlə tərk edir.

Düz axımlı mühərriklər təbiətinə görə uçuş hündürlüyünə baxmayaraq, sabit sürətin qorunması üçün özü-özünü tənzimləyən bir mühərrikdir. Mərmi 50 saniyəyə qədər təxminən 3 Max sürətini saxlayır, dartı qüvvəsi NTR3 (hidrogen peroksid) və əlavə maddələrin qarışığı hesabına təmin olunur. Beləliklə, düz axımlı mühərrikə sahib mərminin uçuş məsafəsi 100 km-dən çox ola bilər. Bu isə artilleriya silahlarını daha çevik və universal bir sistem halına gətirir. "Nammo" 2019-cu ilin sonunda və 2020-ci ilin əvvəlində ilk ballistik testləri həyata keçirməyi planlaşdırır. Məsafənin artması yayınmanın da 10 dəfə artmasına səbəb olub, nəticədə "Nammo" paralel olaraq tərəfdaş şirkətlərin biri ilə GPS/INS moduluna əsasən bu mərminin tuşlama sistemi üzərində çalışır. Burada burun hissədə heç bir tuşlama cihazı quraşdırıla bilməz, bu mühərrikin aerodinamik işləmə prinsipinə malikdir və buna görə də hava alma qurğusu sadəcə olaraq onun işləməsi üçün vacibdir. Bu mərmilər 155 mm-lik JBMOU L52 (Joint Ballistic Memorandum of Understanding - Ballistika üzrə birgə memorandum) protokolu ilə uyğun gəlir. Onun konstruksiyası burun hissədə mərkəzi konus formasında olan tipik bir hava alma qurğusunu, mərmi lüləni tərk etdikdə açılan dörd ədəd ön sabitləşdirmə və dörd əyri quyruq qanadlarını özündə birləşdirir. Mərmi qəlpəli fuqas döyüş başlığına sahibdir ki, standart 155 mm-lik mərmi ilə müqayisədə partlayıcı maddənin kütləsi də azalacaq. "Nammo" şirkətindən isə partlayıcı kütləsinin 120 mm-lik mərmilərlə eyni olacağı bildirilir. Mərmi sabit hədəflərə, HHM-nin yerüstü hədəflərinə, radarlara, komanda məntəqələrinə və s. qarşı istifadə ediləcək, uçuş müddəti isə bir neçə dəqiqə olacaq.

Norveç Silahlı Qüvvələrinin tələblərinə uyğun olaraq "Nammo" 2024-2025-ci illərdə bu mərmilərin istehsalına başlamağı planlaşdırır.

"Expal" şirkətinin 155 ER02A1 İspaniya ordusunun silahlanmasına qəbul edilib. Onlar daralan quyruq və ya qaz generatoru ilə təchiz edilərək 52 kalibrlik toplardan istifadə etməklə müvafiq olaraq 30 və 40 km məsafəyə atəş aça bilir

"Eurosatory"də "Expal Systems" şirkəti uzaq mənzilli 155 mm-lik sursatların təmin edilməsi üçün müqavilənin imzalanmasını təsdiqlədi. 155 mm-lik ER02A1 mərmiləri 52 kalibrlik toplardan istifadə edərək daralan quyruq və ya qaz generatoru ilə təchiz edildikdə, müvafiq olaraq 30 və 40 km məsafəyə zərbə endirə bilir. İspaniya ordusu ilə birgə hazırlanan qəlpəli fuqas variantı, işıqlandırma və duman variantlarından fərqli olaraq kvalifikasiya sınaqlarından keçib. Müqaviləyə, həmçinin yeni hazırlanan zərbə, ləngimə və zaman tipli üç rejimli EC-102 elektron partlayıcı da daxil edilib. İspaniya ordusunun əməliyyat ehtiyaclarına uyğun olaraq "Expal" önümüzdəki beş il ərzində onları yeni mərmi və partlayıcılarla təmin edəcək.

Məlumat Nikolay Antonovun yazıları əsasında hazırlanıb
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

Teqlər: Artilleriya   Sursat  

Artilleriya sursatları: Dəqiqlik və məsafə durmadan artır (FOTOLAR)

2018/11/45645-1541486455.jpg
Oxunub: 1608     10:38     06 Noyabr 2018    