Ordu.az TASS-a istinadən xəbər verir ki, görüş ötən gün baş tutub.
Görüşdə iştirak edən Rusiya nümayəndə heyətinin sədri Xarici İşlər naziri Mixail Boqdanov və Suriyanın Rusiyadakı səfiri Riyad Həddad görüşün əhəmiyyətini vurğulayıblar.
Mixail Boqdanov qeyd edib ki, bu ayın sonunda Soçidə Astana formatında keçiriləcək Suriya Uzlaşma sammiti problemin həllində nə dərəcədə önəmlidirsə, bu görüş də həmin sammitin əsas gündəminin müəyyən edilməsində bir o qədər önəmlidir.
“Suriya probleminin həlli ilə bağlı Rusiya, İran və Türkiyə arasında keçiriləcək üçtərəfli sammitdən hər kəsin gözləntiləri olduqca böyükdür. Bizim istəyimiz Suriyanın ərazi bütövlüyünün qorunması və hazırki legitim hökumətin fəaliyyətini davam etdirməsi şərtilə böhranın həll olunmasıdır”, - deyə nazir qeyd edib.
Dəyanət Ağalarlı
Ordu.az