Ordu.az TRT-yə istinadən xəbər verir ki, əsgərlər döyüş və rezin güllələrdən mülki şəxslərə atəş açıblar.
Qarşıdurma nəticəsində azı 1 nəfərin həlak olduğu, 120 nəfərin isə yaralandığı bildirilir. Bundan bir gün öncə də eyni halın yaşanması ilə 3 nəfər həyatını itirib.
Qeyd edək ki, Kəşmirin Hindistanın nəzarətində olan bölgəsindəki əhali mütəmadi olaraq etirazlar həyata keçirərək, Pakistana birləşməyi tələb edir. Bu problem nəticəsində bu vaxta qədər 100 minə qədər adam həlak olub.
Ağalar Ağalarlı
Ordu.az