SQQ üsyançıların hücumuna məruz qalıb

2018/07/55_1531199856-1_1531249667.jpg
Oxunub: 2015     13:07     10 İyul 2018    
Suriyalı üsyançılar Türkiyə sərhədi yaxınlığında hökumət qüvvələrinə hücum ediblər.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Suriya Müdafiə Nazirliyi yayıb.

Qeyd olunub ki, üsyançılar Suriyanın Türkiyə ilə sərhədində yerləşən Latakiya vilayətinin Türkmən dağlarındakı Nurah, Əl-Dərəh, Şahrurah məntəqələrində ordunun nəzarət postlarına hücumlar həyata keçiriblər.

Ordu qüvvələri dərhal hücuma qarşılıq verib. Hələlik hadisə ilə bağlı rəsmi rəqəmlər açıqlanmasa da, hər iki tərəfin itki verdiyi bildirilir.

Qeyd edək ki, bu, son 4 gün ərzində üsyançıların həyata keçirdiyi ikinci belə hücumdur.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   SQQ   Üsyançı-Qüvvələr  


Bizi "telegram"da izləyin