Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə bu barədə “Siyasi Mübadilə” adlı beyin mərkəzinin yazısında qeyd olunub.
Mərkəz həmçinin Britaniya hökumətinin NATO-nu zəiflədə biləcək Avropa İttifaqı müdafiə təşəbbüsü layihəsini dəstəkləməməli olduğunu bildirib.
“Britaniya NATO-nun mövcudluğunun davam etdirilməsi barəsində çaşqınlığa düşməməlidir. Alyanssız bir dünya daha çox təhlükəli olacaq”, - deyə yazıda qeyd olunur.
Qeyd edək ki, Birləşmiş Krallığın müdafiə büdcəsi hazırda 37 milyard dollardır. O, NATO-nun üzv dövlətləri qarşısında qoyduğu ÜDM-nin 2%-i miqdarında müdafiə büdcəsi tələbini qarşılayan az sayda dövlətlərdən biridir.
Ağalar Ağalarlı
Ordu.az