Moskva və Vaşinqton Tramp-Putin sammitinə hazırlaşır

2018/07/19584984512315_1531137400.jpg
Oxunub: 2407     19:55     09 İyul 2018    
Moskva və Vaşinqton iki ölkənin liderləri Vladimir Putin və Donald Tramp arasında baş tutacaq görüşdə müzakirə ediləcək müxtəlif məsələlər üzrə mövqelərini əks etdirən sənədlərin mübadiləsini həyata keçirib.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

“Mən Rusiya-Amerika sammitinə hazırlığın davam etdiyini təsdiqləyə bilərəm. Bu hazırlıqlar çərçivəsində tərəflər mövqelərini əhatə edən sənədlərin mübadiləsini həyata keçirib”, - deyə o bildirib.

Peskov tərəflərin sammitdə hansısa məsələ üzərində ortaq mövqeyə gəlib-gəlməməsi barədə danışmaq üçün hələlik çox tez olduğunu vurğulayıb.

Xatırladaq ki, Vladimir Putin və Donald Tramp arasında görüşün iyulun 16-da Finlandiyanın paytaxtı Helsinkidə baş tutması planlaşdırılır.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   ABŞ   Sammit  


Bizi "telegram"da izləyin