ABŞ NATO-dakı nümayəndəsi: "Rusiya Vaşinqtonun müttəfiqlərini öz tərəfinə çəkmək istəyir"

2018/07/1034272806_1531136311.jpg
Oxunub: 4142     19:37     09 İyul 2018    
ABŞ-ın NATO-dakı nümayəndəsi Key Beyli Hatçison Rusiyanın başda Türkiyə olmaqla bir çox NATO üzvünü öz tərəfinə çəkmək istədiyini bildirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, o fikrini Rusiyanın Türkiyəyə S-400 satışı ilə əsaslandırıb.

Nümayəndə qeyd edib ki, hazırda Moskva Türkiyə başda olmaqla öz raketdən müdafiə sistemlərini bir çox NATO müttəfiqinə təklif etmək arzusundadır.

“Vaşinqton və Ankara arasındakı münasibətlərin gərginləşməsi, ardınca F-35 qırıcıları ilə bağlı problemlərin yaşanmasından Rusiya maksimum səmərə əldə etməyə çalışır. Baxmayaraq ki, bu gərginliyin səbəbi elə Türkiyənin Rusiyadan S-400 raket sistemi almaq istəməsidir, Moskva sanki bu məsələdə də ABŞ-ın sərt üslub seçdiyini göstərməyə çalışır. Moskva hazırda Türkiyədən başqa da bir çox NATO müttəfiqinə S-400 raket sistemlərini təklif etmək arzusundadır. Yəqin ki, Rusiya bizim öz müttəfiqlərimizin Moskva ilə yaxınlaşmasına göz yumacağımızı düşünmür. Fikrimcə, Ukrayna hadisələrindən sonra bunu ən yaxşı anlayan tərəf elə Rusiya olmalıdır”, - deyə Hatçison bildirib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Türkiyə   NATO   ABŞ  


Bizi "telegram"da izləyin