Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Birləşmiş Krallığın dəniz donanmasının mətbuat xidməti məlumat yayıb.
Donanmanın komandanı admiral Filip Consun sözlərinə görə, Şimali Atlantika bölgəsi üçün yeni Müştərək Əməliyyatlar Zonası yaradılacaq.
“Bu, o deməkdir ki, həmin bölgə Birləşmiş Krallıq hökuməti üçün prioritet bölgə halını alır. Qərar Kral Donanmasının gəmiləri və helikopterlərinin əraziyə yerləşdirilməsinə imkan verəcək”, - deyə admiral əlavə edib.
Ağalar Ağalarlı
Ordu.az