Əfqanıstanda minaatanlardan hücum edilib: yaralananlar var

2018/07/489748941521321456_1531118811.jpg
Oxunub: 2672     14:46     09 İyul 2018    
Əfqanıstanın Qəzni vilayətinin mərkəzində minaatanlardan edilən hücum nəticəsində ikisi əsgər olmaqla beş nəfər yaralanıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə vilayət rəhbərliyi məlumat yayıb.

Məlumata görə, Qəznidə Əfqanıstan milli ordusunun yüksək səlahiyyətli rəsmiləri hərbçilərlə görüş keçirərkən əraziyə hücum edilib, nəticədə beş nəfər yaralanıb.

Əfqanıstan Müdafiə naziri general-mayor Tariq Şah Bəhrami, Nazirlik və Milli Təhlükəsizlik İdarəsindən olan müşavirlərlə birlikdə vəziyyəti dəyərləndirmək məqsədilə bölgəyə yollanıb.

Hücuma görə məsuliyyəti öz üzərinə götürən “Taliban” qiyamçıları hücum nəticəsində çox sayda itkinin meydana gəldiyini iddia ediblər.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Əfqanıstan   Taliban  


Bizi "telegram"da izləyin