Gürcüstanın Əfqanıstandakı hərbi bazasına raket hücumu edilib

2018/07/184181489519519814_1531115336.jpg
Oxunub: 2833     13:49     09 İyul 2018    
Əfqanıstanın Kündüz vilayətində Gürcüstan hərbçilərinin yerləşdiyi hərbi baza raket hücumuna məruz qalıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, hücum zamanı Gürcüstan Müdafiə naziri Levan İzoria və Baş Qərargah rəisi Vladimir Çaçibaya bazada hərbçilərlə görüşdə olub.

İzorianın sözlərinə görə, hücum onlar IV mexaniki briqadanın çevik hərəkət bölüyünə baş çəkdikdən dərhal sonra baş verib. Hücum zamanı bazanın yaxınlığına iki raket başlığı düşüb və heç bir itki qeydə alınmayıb.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Əfqanıstan   Kündüz   Raket  


Bizi "telegram"da izləyin