Mosulda anti-terror əməliyyatı: 27 İŞİD üzvü məhv edilib

2018/07/Снимок_1531115066.png
Oxunub: 4145     13:36     09 İyul 2018    
İraq HHQ Mosulda terrorçulara qarşı geniş miqyaslı əməliyyatlar həyata keçirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlama İraq Müdafiə Nazirliyindən bildirilib.

Açıqlamada qeyd olunub ki, Hərbi Hava Qüvvələri bu gün səhər saatlarında terrorçuların Mosuldakı 5 sığınacağına aviazərbələr endirib.

Hücum nəticəsində 27 İŞİD üzvü məhv edilib, vurulan sığınacaqlar və sığınacaqları bir-birilə əlaqələndirən 3 tunel isə yerlə-yeksan edilib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İraq   İŞİD   Terrorla-Mübarizə  


Bizi "telegram"da izləyin