Ordu.az “Sputnik”ə istinadən xəbər verir ki, bu barədə parlamentari ötən gün çıxışında bildirib.
O qeyd edib ki, NATO müttəfiqləri sadəcə rəqəmlərin böyüklüyünə aldanmamalıdır.
“Statistik rəqəmlər hələ hər şey demək deyil. Bu gün NATO-da hərbi xərclərin artırılması ilə bağlı əsl diplomatik müharibə gedir. Lakin müttəfiqlər kəmiyyətə aldanmamalıdır. Hazırda NATO-nun hərbi xərclərin artırılmasından daha çox, o xərclərin məqsədyönlü istifadəsinə ehtiyacı var", - deyə Keyli bildirib.
O həmçinin qeyd edib ki, alyansda yalnız ABŞ, Britaniya, Estoniya və Yunanıstan minimum 2 faiz hərbi xərc tələbini ödəyir. Lakin bu dövlətlərdə belə effektiv büdcə idarə olunmasından danışmaq çətindir.
"ABŞ və bir sıra nəhəng dövlətlər yüzlərlə milyard həcmi olan hərbi büdcələrindən danışırlar. Lakin hazırda dövlətlər tank, təyyarə, raket istehsalına və alışına xərclədiklərinin çox cüzi hissəsini belə müasir təhlükələrin aradan qaldırılmasına xərcləmirlər. Alyansa üzv hər bir dövlət hibrid müharibə təhdidlərinə, kibertəhlükəsizliyə və digər rəqəmsal təhdidlərə qarşı hazır olmalıdır. Bunun üçün də öz büdcələrində bu layihələrin maliyyələşdirilməsinə yer verməlidir”, - deyə o vurğulayıb.
Dəyanət Ağalarlı
Ordu.az